Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:26

Seymur Həzi Mətbuat Azadlığı mükafatına namizəddir


Mətbuat Azadlığı mükafatı təqdim olunan zaman

Mətbuat Azadlığı mükafatı təqdim olunan zaman

“Sərhədsiz Reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatı 2016-cı ildə Mətbuat Azadlığı mükafatına namizədlərin adlarını açıqlayıb. Mükafata 22 namizəd var.

Bu haqda təşkilatın saytı xəbər verir.

Mətbuat Azadlığı mükafatı 3 nominasiya üzrə 1 jurnalistə, KİV-ə və vətəndaş jurnalistikası nümayəndəsinə veriləcək.

Bu ilki 22 namizəd 19 ölkəni təmsil edir. Həmin namizədlərdən çoxu həbsdədir, bəziləri isə təqib olunurlar.

Buna da bax:​ 'Sərhədsiz Reportyorlar'dan tənqid

Həbsdə olan namizədlər “Azadlıq” qəzetinin şərhçisi Seymur Həzi, misirli jurnalist İsmayıl Alexandrani, çinli Chinois Lu YuyuLi Tingyudur.

Təşkilatın məlumatında Seymur Həzinin Azərbaycandakı yeganə müxalifət qəzeti olan “Azadlıq ”ın əməkdaşı və “Azərbaycan Saatı” proqramının aparıcısı olduğu, 2014-cü ilin avqustunda saxta ittihamla həbs edildiyi bildirilir.

“Seymur Həzinin həbsdə olması bir neçə siyasi məhbusu azadlığa buraxsa da, İlham Əliyevin azadlıqları sıxmağa davam etməsinin örnəyidir”, təşkilatın məlumatında vurğulanır. Məlumatda Azərbaycanda ifadə azadlığına qarşı həbslərin davam etdiyi də ifadə olunub.

Buna da bax: Seymur Həzi həbsxanadan yazdı: Daima işığa can atmalıyıq

Mükafatın qaliblərinin adları noyabrın 8-də Fransanın Strasburq şəhərində açıqlanacaq.

Mətbuat Azadlığı mükafatı 1992-ci ildən təqdim edilir.

2012-ci ildə bu mükafatı azərbaycanlı jurnalist alıb. Azadlıq Radiosunun o vaxtkı əməkdaşı və hüquq müdafiəçisi, hazırda mühacirətdə olan Məlahət Nəsibova mükafatı “Azərbaycanda mətbuat azadlığı, söz azadlığı, demokratiya və insan haqları uğrunda cəsarətli işinə görə” alıb.

S.Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb. Jurnalist bu ittihamı rədd edərək, «Azadlıq» qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və «Azərbaycan saatı» proqramında aparıcı olduğuna görə, həbs olunduğunu bildirib.

Buna da bax: ​Jurnalisti azadlığa buraxmaqdan qorxanlar...

«Amnesty International» təşkilatı S.Həzini vicdan məhbusu kimi tanıyıb.

Seymur Həzi bu il avqustun 1-də həbsxanada Müsavat Partiyasının başqan müavini, keçmiş məhbus Tofiq Yaqublunun qızı Nigar Yaqublu ilə ailə qurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG