Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:18

"Azadlıq" qəzetinin həbsdə olan əməkdaşı Seymur Həzi ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunja Mijatoviçlə görüşmək istəyir.

Bu barədə AzadlıqRadiosuna jurnalistin yaxınları məlumat verərək bildiriblər ki, Seymur Həzi bununla əlaqədar ATƏT rəsmisinə müraciət edib.

"Seymur müraciətində xanım Mijatoviçdən xahiş edir ki, Bakıya növbəti səfəri zamanı mütləq 17 saylı cəzaçəkmə müəssisəsinə də baş çəkib onunla görüşsün. Ümumiyyətlə, ATƏT təmsilçisinin cəzaçəkmə müəssisəsindəki saxlanma şəraitilə tanış olmasını istəyir", - deyə jurnalistin yaxınları bildiriblər.

"Azadlıq" qəzeti ilə yanaşı, "Azərbaycan saatı" televiziya proqramının da aparıcısı olan Seymur Həzi 2014-cü il avqustun 29-da həbs olunub.

Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah qismində əşyadan istifadə olunmaqla xuliqanlıq) maddəsilə ittiham olunan jurnalist Abşeron rayon Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib.

Seymur Həzi isə ittihamı rədd edir, jurnalist fəaliyyəti, hökumətin ünvanına tənqidi yazı və çıxışlarına görə həbs olunduğunu bildirir.

Dunja Mijatović

Dunja Mijatović

Günün bütün mövzuları

XS
SM
MD
LG