Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:40

S.Seyidov erməni deputatlara cavab verib


Səməd Seyidov
Səməd Seyidov

-

“Ermənistan hərbi provokasiyaya yol verib. Bunun məhz indi - Azərbaycanın Avropa qurumları ilə yaxınlaşdığı bir vaxtda baş verməsi təsadüf olmayıb ”.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

O qurumun sessiyasında Ermənistan nümayəndə heyətinin üzvlərinin Azərbaycanın Dağlıq Qarabağda müharibəyə başlaması ittihamlarına cavab verib.

S.Səmədov qeyd edib ki, son vaxtlar Azərbaycanda bir çox irəliləyiş baş verib.

“QHT-lərin fəaliyyətindən bütün məhdudiyyətlərin götürülməsi, liberal-iqtisadi islahatlar və Azərbaycanla Avropa arasındakı münasibətlərin güclənməsinə xidmət etmiş digər addımlar davam etdirilməkdədir. Bu, Azərbaycanın Avropa Şurasındakı gələcəyi üçün də çox vacib faktordur.Amma bilməlisiniz ki, Ermənistanın Azərbaycana qarşı apardığı cinayət xarakterli hərbi provokasiyasının vaxtı təsadüfən seçilməyib. Azərbaycan Qərb dünyası ilə yeni sıx əlaqələrin qurulmasına çalışdığı bir vaxtda, liberal islahatlara, insan hüquqları və demokratiyaya qapıların açıldığı birzamanda belə bir hərbi provokasiya baş verir”.

S.Seyidov vurğulayıb ki, hazırda Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərdə bir azərbaycanlı da yaşamır, o cümlədən Ermənistanda da.

“Amma bizdə indi də 30 mindən çox erməni yaşayır və bütün bu provokasiyaların yalnız bir məqsədi var. Bu da azərbaycanlılarla ermənilər arasındakı uyğunsuzluğu göstərməkdir. Amma belə deyil, biz hər zaman sülh tərəfdarı olmuşuq və mən təklif edirəm ki, azərbaycanlı, erməni həmkarlarımız bir yerdə masa arxasında otursunlar. O cümlədən Dağlıq Qarabağda yaşayan erməniləri və Dağlıq Qarabağdan qovduqları azərbaycanlıları da burada, Avropa Şurasında hamımız bir araya gətirib, qanlı münaqişədən çıxış yolunu tapaq” - deyə S.Seyidov qeyd edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG