Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:43

-

Avqustun 8-də Bakı Apellyasiya Məhkəməsi ölkədən çıxışına qadağa qoyulmuş jurnalist Sevinc Vaqifqızının apellyasiya şikayətini təmin etməyib.

Bu haqda jurnalistin özü məlumat verib.

Jurnalistin bildirdiyinə görə, ölkədən çıxışına qoyulan qadağanın qaldırılması tələbi ilə əvvəlcə Nəsimi Rayon Məhkəməsinə müraciət etsə də, şikayəti təmin edilməyib.

Saytımızda ən çox baxılan: Xanım jurnalistlərin “Bandotdel”də gördükləri

Həmin qərar 2015-ci ildə Meydan.TV-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2. (qanunsuz sahibkarlıq-külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2. (vergi ödəməkdən yayınma-) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işinin başlanılması ilə əsaslandırılıb.

Məhkəmədə iştirak edən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin əməkdaşı da jurnalistin ölkədən çıxışına qadağanın Meydan.tv-yə açılan cinayət işi ilə bağlı olduğunu deyib. Bakı Apellyasiya Məhkəməsi də bunu əsas gətirərək şikayəti rədd edib.

Buna da bax: Məhkəmə MeydanTV-nin jurnalistinə 'yox' dedi

Jurnalist Apellyasiya Məhkəməsinin qərarını qanunsuz hesab etdiklərindən vəkilləri vasitəsilə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.

Xaricdən yayımlanan Meydan TV 2013-cü ildə fəaliyyətə başlayıb, 2014-cü ildə onun Bakı ofisi qapadılıb.

Azərbaycanda müxtəlif KİV-lərdə çalışan ona yaxın jurnalistin ölkədən çıxışına yasaq qoyulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG