Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:38

Sevil Əliyevanın Bakıya gəldiyi deyilir


Sevil Əliyeva və atası Heydər Əliyev

Sevil Əliyeva və atası Heydər Əliyev

-

Mərhum prezident Heydər Əliyevin qızı, Azərbaycan prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva Bakıya gəlib.

Bu barədə virtualaz.org-a qısa açıqlamasında Sevil Əliyeva özü məlumat verib.

“Çoxdan idi valideynlərimin məzarını ziyarət etmirdim. Yeni Bakının gözəlliklərini görməyi də çox istəyirdim. Biz hazırda atamın bir vaxtlar yaşadığı iqamətgahda qalırıq. O, bizi həmişə aşağıda, qapının qarşısında qarşılayardı. Həmin anlar həmişə gözümün önündədir, unutmamışam. Bu ev bizə atamı xatırladır. O, bizi sonuncu dəfə də buradan yola salmışdı” - deyə Sevil Əliyeva bildirib.

Sevil Əliyeva Bakıya övladları ilə birlikdə gəldiyini deyib: “Burada övladlarımla bir yerdəyəm. Bulvarı gəzdik. Zooparka getdik. Şəhəri gəzdik. Həddən artıq çoxlu fotolar çəkmişəm. Yeri gəlmişkən, şəhərdə xeyli adam məni tanıyır və onlar da şəkil çəkidrməyi xahiş edirlər”.

Sevil Əliyevanın sözlərinə görə, o, Bakıya azad bir insan kimi bir neçə günlüyə gəlib.

Sevil Əliyeva övladları ilə birlikdə Londonda yaşayır.

Müxalifyönlü mətbuat onun prezident ailəsi ilə münasibətlərinin soyuq olması səbəbindən Azərbaycana gəlib-getmədiyini iddia edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG