Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:29

Səudiyyə ilə İran bir-birini müsəlman olmamaqda ittiham edir


İran və Səudiyyə Ərəbistanı bayraqları (kombo)
İran və Səudiyyə Ərəbistanı bayraqları (kombo)

Ən son söz atışması İranın ali dini lideri Ayatollah Ali Khamenei-nin şərhindən qaynaqlanıb

Yaxın Şərqin iki böyük geosiyasi rəqibi bu həftəsonu başlanacaq ənənəvi həcc mərasimindən öncə söz savaşına çıxıblar. Onların arasındakı sünni-şiə fərqini regionda baş verən qanlı “proksi savaş”larda (iki ölkə arasında onların birbaşa qatılmadığı savaşda) da görmək olur. Zaman-zaman, onların bir-birinə ünvanladıqları kəskin bəyanatlar da diqqət çəkir.

Yaxın Şərqin iki böyük geosiyasi rəqibi bu həftəsonu başlanacaq ənənəvi həcc mərasimindən öncə söz savaşına çıxıblar.

Ən son söz atışması İranın ali dini lideri Ayatollah Ali Khamenei-nin şərhindən qaynaqlanıb. Təhlükəsizlik və logistikaya dair (“logistika” deyərkən, məhsula, əmtəəyə, xidmətə tələbatı ödəmək üçün əvvəldən-axıra bütün prosesin yönəldilməsi nəzərdə tutulur – red.) danışıqların uğursuzluğundan sonra Khamenei Səudiyyə Ərəbistanını İran zəvvarlarını həcc mərasiminə buraxmadığına görə qınayıb.

Buna da bax:​ Səudiyyə Ərəbistanında anti-İran əhvalı yüksəlir

Bədnam və yolunu azmış adamlar?

Ötənilki həcc mərasimi, qeyri-rəsmi mənbələrə əsasən, 2 mindən çox zəvvarın ölümü ilə nəticələnmiş sıxlıqla yadda qalmışdı. Düzdür, Səudiyyə hökuməti daha az adamın öldüyünü bildirir.

"Biz anlamalıyıq ki, onlar atəşpərəstlərin nəslindəndirlər və onların müsəlmanlarla, xüsusən sünnilərlə düşmənçiliyi çox qədimə gedib-çıxır".

Khamenei öz rəsmi internet səhifəsində aralarında İran vətəndaşları da olan zəvvarların səudiyyəlilərin qəsdi, yaxud da bacarıqsızlığı ucbatından öldüyünü dilə gətirib:

"Məğrur və mömin İran zəvvarlarının Peyğəmbərin Evinə yolunu kəsən Səudiyyə hakimləri... bədnam və yolunu azmış adamlardır. Onlar düşünürlər ki, zülm taxtında qalmaları dünyanın kafir qüvvələrini dəstəkləməkdən, sionizm və ABŞ-la ittifaqdan asılıdır… İslam dünyası, o cümlədən müsəlman hökumətləri və xalqları Səudiyyə hakimlərini tanımalı, onların kafir, imansız, asılı və materialist mahiyyətini düzgün anlamalıdırlar".

“Biz anlamalıyıq ki…”

"Biz böyük tarixə və böyük xalqa malik olan böyük İran millətinin 1979-cu ildə qurduğu siyasəti dəyişərək, beynəlxalq ictimaiyyətin yeni üzvünə çevrilməsini arzu edirik".

İranın ali ruhani lideri Səudiyyə hakimlərini İslamın iki müqəddəs şəhərinin mühafizəçisi olmağa layiq saymadığını da yazıb: "Bu hakimlərin Allahın qonaqlarına zülmkar davranışına görə, İslam dünyası iki müqəddəs yerin və həcc məsələsinin idarəçiliyinə əsaslı olaraq yenidən baxmalıdır".

Ertəsi gün Səudiyyə Ərəbistanının baş müftisi Abdulaziz Al Sheikh Khamenei-nin tənqidini İranın sünnilərə nifrəti ilə əlaqələndirib.

Buna da bax:​ İrandan müsəlmanlara Həcc çağırışı

İranın teokratik rejimi özünü şiə İslamının bayraqdarı sayır. Vəhhabi məzhəbindən olan səudiyyəlilərsə özlərini sünni dünyasının liderləri kimi görürlər.

Baş müfti İranın islamdanəvvəlki tarixinə, zərdüştilik dövrünə eyham vuraraq bildirib ki, bu qədim irs bu gün də özünü göstərməkdədir:

"Biz anlamalıyıq ki, onlar atəşpərəstlərin nəslindəndirlər və onların müsəlmanlarla, xüsusən sünnilərlə düşmənçiliyi çox qədimə gedib-çıxır".

İttihamlar davam edir

İraq, Suriya, Livan və Yəməndə baş verən qanlı münaqişələrdə də İranla Səudiyyə Ərəbistanı cəbhənin iki müxtəlif tərəfindədirlər. Bu münaqişələrin hər birində məzhəb məsələsi özünü çox kəskin göstərir. Ona görə də iki dövlət arasındakı söz savaşından təhlükəli nəticələr doğa bilər.

İranın xarici işlər naziri Javad Zarif “twitter”də Al Sheikh-in söylədiklərinə cavab verib. O, Səudiyyə vəhhabiliyini indiki fundamentalist terrorçuluqla əlaqələndirib.

Buna da bax:​ "Azərbaycanda məzhəb qarşıdurması real deyil"

Ancaq səudiyyəlilərin özləri iranlıları dünyaya silahlı mübarizə və terror saçan qüvvə kimi qələmə verməyə çalışırlar. Zarif-in səudiyyəli həmkarı Adel al-Jubeir ötən həftə bildirib ki, Tehran rejimi "regionun milli təhlükəsizliyini laxladan bəzi əməliyyatları dəstəkləyir".

O, daha sonra fikrini belə tamamlayıb: "Biz böyük tarixə və böyük xalqa malik olan böyük İran millətinin 1979-cu ildə qurduğu siyasəti dəyişərək, beynəlxalq ictimaiyyətin yeni üzvünə çevrilməsini arzu edirik".

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG