Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:04

-

Görkəmli fırça ustası, xalq rəssamı Səttar Bəhlulzadənin karikaturalarından ibarət kataloqun təqdimatı olub.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, təqdimat mərasimi bənzərsiz rəssamın Əmircandakı ev muzeyində baş tutub.

Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları, rəssamlar və digər sənət adamları iştirak ediblər.

S.Bəhlulzadənin zəngin yaradıcılığının az tədqiq olunan səhifələrindən biri gənclik dövründə çəkdiyi karikaturalardır. 1931-1933-cü illər ərzində rəssamın «Kommunist» qəzetində çap olunmuş karikaturaları ilk dəfə toplu halında təqdim edilir.

Kataloqun tərtibçisi və giriş sözünün müəllifi sənətşünas Pərzad Abdinovadır.

Mərasimə qatılanlar S.Bəhlulzadənin ev-muzeyinin ekspozisiyası və rəssamın karikaturalarından ibarət sərgisi ilə də tanış olublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG