Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:28

Ermənistan Sərsəng su anbarı haqda sənədə etiraz edir


Sərsəng su anbarı

Sərsəng su anbarı

►AŞPA-nın sessiyası boykot oluna bilər

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvarda keçiriləcək plenar iclasından sonra Ermənistan nümayəndə heyəti Assambleyanın işini boykot edə bilər.

Bu barədə Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ermine Naqdalyan məlumat verib.

O həmçinin deyib ki, onun şəxsi fikrinə görə boykot ən yaxşı variant deyil.

AŞPA-nın sosial məsələlər, səhiyyə və davamlı inkişaf komissiyası bosniyalı millət vəkili Militsa Markovicin hesabatını təsdiq edib:

“Azərbaycanın sərhədyanı rayonlarının əhalisi qəsdən sudan məhrum edilib” adlanan bu hesabat hələ dərc edilmləyib, lakin Ermənistan nümayəndələri iddia edirlər ki, sənəd antiermənistan xarakteri daşıyır.

Hesabat Dağlıq Qarabağın şimalında yerləşən Sərsəng su anbarı barədədir.

20 gün əvvəl isə AŞPA-nın siyasi məsələlər üzrə komissiyası başqa bir mübahisəli hesabatı qəbul etmişdi. Britaniyalı deputat Robert Walterin tərtib etdiyi hesabat “Dağlıq Qarabağ və Azərbaycann digər işğal olunmuş ərazilərində zoraklığın artması” adlanır. Sənəd Ermənistanı “öz qoşunlarını Dağlıq Qarabağ və Azərbaycanın digər işğal edilmiş ərazilərindən çıxarmağa və bu ərazilərdə Azərbaycanın tam hakimiyyətini təmin etməyə” çağırıb.

Hər iki hesabat AŞPA-nın yanvar ayında keçiriləcək plenar iclasında səsverməyə çıxarılacaq.

Buna da bax: Türkmənlərin lideri: "Nəsiminin məqbərəsi uçurulub"

Ermine Naqdalyan bildirib ki, AŞPA-da bir-birinin ardınca antiermənistan xarakterli sənədlər qəbul edilir. O həmçinin deyib ki, son1 il ərzində Ermənistan çoxlu sayda buna bənzər hücumlara məruz qalıb.

Ermənistan parlamentində “İrs” fraksiyasının katibi Tevan Poqosyan deyib ki, Azərbaycan öz maraqlarına uyğun hesabatların təsdiq edilməsinə çoxlu səy və lobbi sisteminin formalaşdrılması sayəsində nail ola bilib. O həmçinin qeyd edib ki, Ermənistan son bir neçə il ərzində bunu edə bilməyib.

Azərbaycan isə sənədlərin qəbulunu ədalətli sayır.

Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini və buna görə beynəlxalq ictimaiyyətin ona qarşı ölçü götürülməsini vacib sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG