Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:23

Ölkə parlamenti Azərbaycan hökumətinin Serbiya Respublikasına yol tikintisi məqsədi ilə kredit verməsini nəzərdə tutan sazişə dəyişiklik edəcək.

Noyabrın 17-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi dəyişiklik layihəsini müzakirə edib.

Bu haqda parlamentin mətbuat xidməti xəbər verir.

Buna da bax:​ Serbiyada Azərbaycanın pulu ilə inşa edilən yolun açılışı

Qanun layihəsi Serbiyada E-763 avtomobil magistralının Lyiq-Bolykovtsi, Bolykovtsi-Takovo və Takovo-Prelyina hissələrinin tikintisinin maliyyələşdirilməsi ilə bağlıdır. Azərbaycanla Serbiya hökuməti arasında 2012-ci il fevralın 2-də bundan ötrü kredit sazişi imzalanıb. İndi söhbət həmin sazişə dəyişikliklərdən gedir.

Komitədəki müzakirələr zamanı bəlli olub ki, Azərbaycan hökumətinin ayırdığı kreditin yönəldiləcəyi yolların tikintisinə hazırlıq işləri öncə nəzərdə tutulduğu zamanda yekunlaşmayıb. Bunu müzakirələrdə iştirak edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib.

Buna da bax:​ Azərbaycan Serbiyanı TAP-a dəvət edir

“Sazişə təklif edilən dəyişikliyə görə, kreditin müddəti dəyişməz olaraq qalır. Kreditin istifadə müddəti isə 2 il artırılır. Bunun səbəbi isə tikinti işlərinin başlamasına hazırlıq prosesinin yekunlaşmaması ilə bağlıdır”, nazir müavini bildirib.

Komitə layihəni Milli Məclisin plenar iclasına tövsiyə edib.

Azərbaycan Serbiyada avtomobil yolunun tikintisinə 300 milyon avro məbləğində kredit ayırıb. Həmin kreditin üç illik güzəştlə, 4 faizə 15 illiyə verildiyi bildirilirdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG