Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:29

Sənədsiz evlərdən xəbər var...


Sənədsiz ev
Sənədsiz ev

“Sənədsiz evlərlə bağlı problem həll olunmaq üzrədir”

Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a belə deyib.

“2013-cü ilə qədər olan evlərin torpaq sənədi varsa, onların hamısı rəsmiləşdiriləcək”, deyən deputat bildirib ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda edilən dəyişikliklərə əsasən bu sahədə heç bir problem olmayacaq. Sadəcə, vətəndaşlar lazımı addımları atmalıdırlar.

Buna da bax:​ 500 min sənədsiz ev var?

“Prezidentin parlamentə göndərdiyi dəyişiklik nəzərə alınaraq bu edildi. Ona görə də kimlərin ki, sənədləri yerindədir, onlar rahat şəkildə sənəd ala biləcək. 2013-cü ilə qədər məsələ faktiki olaraq öz həllini tapıb. Artıq, bundan sonra iş vətəndaşların üzərinə düşür ki, bütün məsələləri qaydaya salıb evlərini sənədləşdirsinlər”, deputat qeyd edib.

Bakı şəhəri ərazisində 500 minə yaxın sənədsiz evin olduğu bildirilir. Hələ, 2010-cu ildə Bakı və ətraf qəsəbələrin inkişafına dair ikinci dövlət proqramının təqdimatı keçiriləndə ölkə başçısı qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə tapşırıq vermişdi.

Buna da bax: Daşınmaz əmlak qanununa dəyişiklik

Üstəlik, prezident 2012-ci ilin iyununda bununla bağlı sərəncam imzalayıb. 2015-ci il yanvarında isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilən və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə fərman verilib.

Bəzi ekspertlər hesab edirlər ki, illərlə bu haqda danışılsa da, hələ bu sahədə müsbət dönüş əldə edilməyib. Onlar hesab edirlər ki, rüşvət hallar elə əsasən sənədlərin toplanılması prosesində baş verir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG