Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:24

2016-cı ilin on ayında Azərbaycanda neft-qaz sektoruna 7,91 milyard manat investisiya qoyulub.

Turan-ın xəbərinə görə, Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.

Məlumatda qeyd edilir ki, 2015-ci ilin on ayında bu göstərici 5,91 milyard manat (artım 24,2 faiz) olub.

10 ayda ölkənin sənaye sektoruna 7,95 milyard manat kapital qoyulub. Bu, müqayisəli qiymətlərlə 2015-ci ilin on ayındakından 14,2 faiz azdır.

Hasilat sənayesinə investisiyalar da azalıb. Bu sahədə investisiya göstəricisi 7,14 milyard olub. Bu göstərici ötən ilin eyni dövründəkindən 12,8 faiz azdır.

Neftin iki dəfə ucuzlaşması şəraitində şirkətlərin investisiyaları azaldacağı gözlənən olsa da, rəsmi bilgilərdə bunun əksinin müşahidə olunması suallar doğurur. Ancaq ekspertlərə görə, bu təbiidir. Məsələ burasındadır ki, Azərbaycanda “Şahdəniz-2” layihəsi həyata keçirilir və bu il xərclərin pik dövrüdür.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG