Vaxtilə aşıb-daşan, təkcə Azərbaycanın bölgələrindən deyil, hətta Qafqazın müxtəlif şəhərlərindən al-verçilərin üz tutduğu Sədərk ticarət mərkəzində indi necə deyərlər "Qu deyəndə qulaq tutulur." Gözü yolda alıcı gözləyənlər hələ qalsa da dükanların bir çoxunun qapısı qıfıllanıb.