Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:05

Səməd Vurğunun 110 illik yubileyi qeyd ediləcək


Yubileyə dəvətnamə
Yubileyə dəvətnamə

Oktyabrın 13-də saat 19:00-da Akademik Milli Dram Teatrında Xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illik yubileyi münasibətilə tədbir keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bu qurumun təşkilatçılığı ilə keçiriləcək xatirə gecəsində şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən söz açılacaq, şeirləri səsləndiriləcək, xatirələr danışılacaq.

Buna da bax:​ Akademik Milli Dram Teatrı Türkiyəyə yollandı

Teatrın foyesində şairin həyat və yaradıcılığını əks etdirən sərgi açılacaq, konsert proqramı təqdim olunacaq.

Bu günlərdə bənzərsiz şairin yubileyi münasibətilə M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Səməd Vurğun. Biblioqrafiya” kitabının və “Azərbaycan Xalq şairi Səməd Vurğun” elektron məlumat bazasının təqdimatı da keçirilib. Biblioqrafiya Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından işıq üzü görüb.

“Azərbaycan Xalq şairi Səməd Vurğun” elektron məlumat bazası təqdim olunub. Şairin həyat və yaradıcılığını əks etdirən “Səməd Vurğun-110” adlı sərgi də açılıb.

Buna da bax:​ Şəkidə beynəlxalq teatr festivalı başlayır

Səməd Vurğun 1906-cı il martın 21-də Qazax qəzasının Yuxarı Salahlı kəndində doğulub.

İbtidai təhsilini kənddəki rus-tatar məktəbində alıb. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində təhsil alan Səməd Vurğun həmin illərdə ilk şeirlərini yazıb.

Daha sonralar şairə misilsiz şöhrət qazandıran şeirlər, poemalar, dram əsərləri yaranıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG