Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:36

Özlərini 'səlibçilər' adlandıran 3 kanzaslı saxlanıb


Özünü səlibçi adlandıran 3 kanzaslıdan biri Gavin Wright
Özünü səlibçi adlandıran 3 kanzaslıdan biri Gavin Wright

KÜTLƏVİ QIRĞIN SİLAHINDAN İSTİFADƏ PLANLAYIBLAR

ABŞ Ədliyyə Departamenti bildirib ki, Curtis Allen, Gavin WrightPatrick Eugene Stein kütləvi qırğın silahından istifadəni planlaşdırmaqda ittiham olunur.

“Bu ittihamlar FTB-nin (Federal Təhqiqatlar Bürosu) səkkiz ay boyunca apardığı təhqiqata əsaslanır", deyə Kanzas ştatının prokuroru vəzifəsini icra edən Tom Beall bildirib.

Buna da bax:​ ABŞ kiberhücumlara görə sanksiyalarla hədələyir

FTB-nin cümə günü verdiyi açıqlamaya görə, araşdırma özlərini "səlibçilər", müsəlmanları isə "tarakanlar" adlandıran bir qrup şəxslə görüşlərə qatılan gizli informatorun verdiyi bilgi əsasında başlanıb.

Həmin gizli informatorun təqdim etdiyi səs yazıları, sosial media məlumatları və hesabatlar əsasında ittiham edilən üç kişinin hazırlanan qəsdin müəllifləri olduqları üzə çıxıb.

“QAN ÇANAĞI”

Qrup üzvləri elə gündəlik həyatda da müsəlmanlar, somalililər və mühacirlərə nifrətlərini ifadə ediblər. İddiaya görə, Stein ölkənin yalnız "qan çanağından" keçməklə düzələcəyini deyib. İttiham edilən şəxslərin sözlərinə görə, onlar "insanları ayağa qaldırmaq" və digər silahlı qrupları hərəkətə başlamağa ilhamlandırmaq istəyiblər.

Buna da bax:​ Orlandoda 'cihad'

FTB-nin məlumatına görə, bu şəxslər Kanzas ştatında bir neçə yaşayış məntəqəsi üzərində müşahidə aparıblar.

Stein-ın ənənəvi geyimdə olan somalili qadını bərkdən söydüyü bildirilir.

Curtis Allen - özünü səlibçi adlandıran 3 kanzaslıdan biri
Curtis Allen - özünü səlibçi adlandıran 3 kanzaslıdan biri

Müşahidə zamanı Stein-ın üstündə avtomat tüfəngi, əlavə sandıqlar, tapança, gülləkeçirməz jilet və gecəgörmə cihazının olduğu deyilir.

FTB həmin şəxslərin hücumu fevraldan bəri planlaşdırdıqlarını bildirib.

MÜHACİRLƏRİ BİR-BİR ÖLDÜRMƏK PLANI

Qrupun planladığı variantlar arasında cəld hərəkət edərək bir neçə silahdan atəş açmaq və daha çox ölümə yol açacaq mürəkkəb plan da olub. İyunda Stein təklif edib ki, üçlük silahları götürüb Qarden Sitiyə getsin və orada "Somalidən olan mühacirlərin qapılarını təpikləyərək onları bir-bir qətlə yetirsin".

Buna da bax:​ Florida silahlısı İŞİD yaraqlılarına sədaqət andı içib

İyunda qrupun görüşü zamanı Stein-ın Orlandodakı gecə klubuna hücumdan danışdığı bildirilir.

Xatırladaq ki, həmin hücumu törətmiş şəxs "İslam Dövləti" qruplaşmasına sadiqliyini ifadə edib.

FTB bildirir ki, sözügedən üç şəxs potensial hədəflərin müzakirəsi zamanı Google Maps-də onların yerlərini nişanlayıblar. Onlar həmçinin "qətl, insan oğurluğu, zorlama və yandırma kimi müxtəlif hücum metodlarını" götür-qoy ediblər.

“Yeganə yaxşı müsəlman ölü müsəlmandır", Stein söhbət əsnasında deyib.

Buna da bax:​ ABŞ-da silahlılar dövlət binasını ələ keçirdilər

“BİR YAŞI OLSA BELƏ...”

İddiaya görə o, belə söyləyib: "Əgər müsəlmansansa, mən səni həvəslə başından vuracağam". Daha sonra Stein üzünü yoldaşlarına tutaraq deyib ki, "əməliyyata gedəndə heç kimi buraxmayacağıq, lap bir yaşı olsa belə. Ciddi deyirəm. Sizə deyirəm ki, bu əməliyyata qol qoyuramsa, o balaca əclaflar öləcək".

Allen və Wright-ın 49, Stein-ın isə 47 yaşı var.

Oktyabrın 17-də üçlüyün məhkəməsi olmalıdır. Günahları sübut olunsa, onları ömürlük həbs cəzası gözləyir.

Buna da bax:​ ABŞ-da silahlı insident: 4 ölü

Cümə günü Amerika-İslam Münasibətləri Şurası (CAIR) hüquq mühafizə strukturlarını “məscidləri və digər islam institutlarını gücləndirilmiş mühafizə ilə təmin etməyə" çağırıb.

“Biz dövlətimizin siyasi liderlərini, xüsusən də siyasi namizədləri millətimizin arasında artmaqda olan islamofobiyadan imtinaya çağırırıq", CAIR-in Milli İcraçı Direktoru Nihad Awad-ın yaydığı xəbər relizində deyilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG