Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:38

Bakıda yağış suyunu dənizə axıtmağa kim cavabdehdir? [video]


Bakı yenidən su altında qalmasın deyə nə etmək lazımdır?
Hökumətin konkret planı varmı?

Hələ ki yalnız "AzərAvtoYol" Açıq Səhmdar Cəmiyyətinin əl-ayağa düşdüyü hiss olunur.

"AzərAvtoYol" məlumat yayıb ki, Bakıda payız-qış mövsümünə hazırlıqla bağlı kompleks tədbirlər gerçəkləşdirir. Belə ki, zəruri olan yerlərdə yağış-kanalizasiya xətləri çəkərək, yeni barmaqlıqlar quraşdırır, mövcud olanlar isə təmizlənir.

Buna da bax:​ Hökumət rəsmisi: İntensiv yağış yağsa, evlər yenə su altında qalacaq

Rəsmi məlumata görə, son bir ildə Bakının zəruri yerlərinə 6 kilometr yağış-kanalizasiya xətləri çəkilib.

'Bununla yüngülvari 1-2 ayı yola verəcəklər'

Uzun müddət sənaye obyektlərinin kanalizasiya və su quraşdırma işlərinə baş mühəndislik edən Rahab Qazıyev bu cür önləyici tədbirlərin görülməsini müsbət qiymətləndirir. Amma deyir ki, bu kifayət deyil:

"Bununla yüngülvari 1-2 ay yola verib, allaha dua edə bilərlər ki, yağış yağmasın. Bunun bir adı var. Bakıya yeni yağış-kanalizasiya xətləri çəkilməlidir".

Buna da bax:​ Qubada 8 kəndlə avtomobil əlaqəsi kəsilib

Birdən yağışlar yenidən aramsız yağmağa başlasa...

Noyabrın 1-də Bakı - səhəri yenidən yağışla açıb. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Azar Cəbrayıllı həvəslə danışır ki, yağıntı az olduğundan Bakıda hər hansı problem olmayıb. Bəs, yağış birdən aramsız olsaydı? Anar Cəbrayıllı deyir ki, onlar yalnız kanalizasiya sistemi olan ərazilərə cavabdehdirlər digər ərazilərə yox:

"Binəqədi yolu, Zabrat gölünün ətrafı, Masazır o tərəflərdə heç bizim mərkəzləşdirilmiş kanalizasiya sistemlərimiz yoxdur, o ki qala hansısa önləyici tədbirlər görək. Yağış nə vaxt yağsa, həmin ərazilərdə problem yaranacaq. Harada bizim infrostrukturumuz var, o ərazilərdə yağış sularının kənarlaşdırılmasında problem yoxdur. Sulutəpə, Masazır, Binəqədi, Suraxanı, Sabunçu və Bakı ətrafı digər qəsəbələr, yeni yaşayış massivlərinin mərkəzləşdirilmiş kanalizasiya sistemlərini qurmağa milyardlarla vəsait lazımdır".

Anar Cəbrayıllı əlavə edir ki, bütün Bakının yağış dərdini çözmək üçün yeni yağış-kanalizasiya xətləri çəkilməli, yeni yağış barmaqlıqları quraşdırılmalıdır. Buna isə milyardlar gərəkir. Bəs, bu məsələni niyə adiyyatı qurumlar qarşısında qaldırmırsız sualına cavab olaraq, Anar Cəbrayıllı bildirir ki, Azərsu alt qurum olaraq buna məsul deyil.

Buna da bax:​ Biz o yolları gedə bilmirik...

Binəqədi üçün «Masterplan»?

Oktyabrdakı yağışlardan sonra ən çox zərərçəkən rayonlardan biri də Binəqədi olub. Binəqədi rayon İcra Hakimiyyətindən APA-ya bildiriblər ki, fəsadların aradan qaldırılması üçün ölkə başçısı təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıq verib. Problemin köklü həllindən ötrü kollektor, kanalizasiya şəbəkələrinin yaradılması istiqamətində "Masterplan” işlənib, layihələndirmə işləri başa çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG