Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:34

Seks kölələrinə təzminat veriləcək


Cənubi Koreya - seks köləsi olduğunu iddia edən qadınlardan. 2010
Cənubi Koreya - seks köləsi olduğunu iddia edən qadınlardan. 2010

►Xüsusi fond yaradılacaq

Yaponiya 2-ci Dünya Müharibəsi zamanı ordusundakı fahişəxanalarında zorla istismaq edilən koreyalı qadınlara müəyyən qədər kompensasiya verməyə razılaşıb.

Yaponiya hökuməti Cənubi Koreya ilə gələn həftə baş tutacaq növbəti danışıqlar zamanı həmin qadınların hələ də həyatda olanlarına dəstək üçün xüsusi fond yaradaraq ora 100 milyon yen (təqribən 800 min dollar) köçürməyi təklif etməyə hazırdır.

Yaponiyanın baş naziri Abe seks kölələri problemini yoluna qoymaq üçün XİN rəhbərini Seula göndərib.

Cənubi Koreya artıq xeyli vaxtdır ki, Yaponiyanın sağ qalan cinsi istismar qurbanlarından üzr istəməsini və onlara təzminat verməsini israrla tələb edir. Öz növbəsində yapon hökuməti hesab edir ki, həmin qadınların fahişəxanalarda zorla saxlanması, köləliyə məcbur edilməsi barədə iddialar sübuta əsaslanmır.

Cənubi Koreya hökumətinin verdiyi məlumata görə əsasən koreyalılardan ibarət olan 200 minə yaxın qadın zorla yapon əsgərlərinin seks köləsinə çevrilib. Əgər 2007-ci ildə onların 120-si sağ idisə hazırda yalnız 47-si həyatdadır. Onların orta yaşı 90-dır.

Yaponiya 1965-ci ildə 1910 – 1945-ci illər ərzində Koreya yarımadasında müstəmləkə hakimiyyəti zamanı vurulmuş ziyana görə Koreya Respublikasına 500 milyon dollar təzminat ödəyib və düşünür ki, daha Koreyaya borcu yoxdur.

Buna da bax: Rauf Mirqədirova cəza kəsildi

Tokio və Seul bu mövzuda on raunddan çox danışıq aparıblar, amma bu vaxta qədər bir nəticə əldə edilməyib. Noyabrın 2-də Seulda keçirilmiş son görüş zamanı Yaponiyanın baş naziri Sindzo Abe və Cənubi Koreyanın prezidenti Pak Kın He problemin həlli yollarının axtarışını aktivləşdirməyi boyun olublar.

Baş nazirin xarici işlər naziri Fumio Kisideni bu məsələ ilə bağlı danışıqlar aparmaq üçün Seula göndərməsi də bununla bağlıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG