Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:23

ABŞ alimləri müəyyənləşdiriblər ki, hazırkı nəsil internetə görə sekslə maraqlanmamağa başlayıb.

Söhbət əsasən ilk gənclik illəri 2000-ci illərə düşənlərdən gedir.

Tədqiqatlar göstərir ki, cavanlar seksual süstlük nümayiş etdirir və real cinsi əlaqədənsə, virtual yaxınlığa üstünlük verirlər.

Ekspertlər 27 min könüllü arasında sorğu apardıqdan sonra belə nəticəyə gəliblər ki, müasir gənclik sağlam münasibətlərə marağını sürətlə itirməkdədir və sekslə valideynlərindən daha az məşğul olur.

Rəy sorğusunun nəticələrinə görə, müasir gənclərin 15 faizi 20 yaşından sonra da “qız” və ya “oğlan” qalmaqda davam edir.

Onlar özlərinə seks partnyoru axtarmır və deyirlər ki, həyat elə belə də pis deyil.

Reallıq yox, oyun

Mütəxəssislərin fikrincə, cavanlar arasında bu meylin səbəbi pornoqrafik saytlara sərbəst giriş və virtual seks-oyunların populyarlığıdır. Bunlar sutkanın istənilən saatında və ən təhrif olunmuş formada seksual məmnunluq verə bilir.

Əvvəllər erkən seksdən imtina mənəviyyatın yüksəkliyi hesab olunurdusa, hazırda gəncliyin real seksdən soyuması, onun virtual seksə üstünlük verməsi ilə bağlıdır

“Əvvəllər erkən seksdən imtina mənəviyyatın yüksəkliyi hesab olunurdusa, hazırda gəncliyin real seksdən soyuması, onun virtual seksə üstünlük verməsi ilə bağlıdır” – deyirlər tədqiqat müəllifləri.

Nəticədə yeniyetmələr və əslində elə çoxları kompüterin qabağında oturub elə bir ideal və virtual dünya qururlar ki, əsl dünyada depressiyalara düçar olur, real təmaslara maraq göstərmirlər.

Bundan əvvəl aparılmış tədfqiqatlar göstərmişdi ki, internetə aludəlik piylənməyə və yuxu problemlərinə səbəb olur.

Bu da qeyd olunur ki, seksual həyatın keyfiyyətinə televiziya serialları da mənfi təsir göstərir.

Britaniyadakı Kembric Universitetinin alimləri bildirirlər ki, son illərdə “Taxtlar oyunu” seksdən daha populyar olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG