Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:10

««Şəki bazar» ASC-də yanğın səhər saat 7-yə yaxın başlayıb və təqribən 3 saatdan çox davam edib».

Bunu AzadlıqRadiosuna hadisə yerində olan şahidlər deyib. Onların bildirməsinə görə, pal-paltar satan mağazalar yanıb.

Şahidlər qeyd edir ki, mağaza sahibləri mallarının çoxunu çıxara bilməyiblər: «Elə mağaza sahibi var ki, mallarını nisyə aldığını deyir. İndi qan ağlayırlar».

Şəki rayonundan verilən xəbərə görə, mağazaları yanan sahibkarların icra hakimiyyətində qəbul ediləcəkləri gözlənilir.

Şahidlərinin bildirməsinə görə, iki il öncə də bu bazarda yanğın baş verib.

90 konteyner, 20 piştaxta yanıb

Fövqəladə Hallar Nazirliyi (FHN) oktyabrın 12-si «Şəki bazar» ASC-də baş verən yanğınla bağlı məlumat yayıb.

Məlumatda yanğının söndürüldüyü bildirilir.

FHN-dən bildirildiyinə görə, ümumi sahəsi 2 hektar olan «Şəki Bazar» ASC-nin ərazisində 90 ədəd bir-birinə bitişik geyim əşyaları konteyneri və 20 ədəd satış piştaxtası yanıb.

Ümumilikdə 1200 kv.m sahənin yandığı qeyd edilir.

Oktyabrın 12-si səhər Şəki şəhər bazarında yanğın baş verdiyi bildirilir.

«Report»un xəbərinə görə, ticarət mərkəzinin bir hissəsi yanıb.

Xəbərdə qeyd edilir ki, yanğının söndürülməsinə Qax və Şəki rayonlarının yanğınsöndürənləri cəlb edilib.

Yanğının tam söndürülmədiyi bildirilir.

Hadisənin səbəbi, hələlik, açıqlanmır.​

Günün bütün mövzuları

XS
SM
MD
LG