Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:29

Şəhərin mərkəzində «Açıq kitabxana»...


M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası

Yaxın günlərdə Bakıda «Açıq kitabxana» layihəsinin təqdimatı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, layihə bu qurumun M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə birgə layihəsi əsasında gerçəkləşəcək.

Layihəyə əsasən, kitabxananın Rəşid Behbudov küçəsinə baxan hissəsində olan bağçasında günün 24 saatı ərzində oxucuların və bütün vətəndaşların kitab mütaliə etməsinə şərait yaradan açıq kitabxana – sərbəst mütaliə guşəsi yaradılacaq.

Yaradılacaq guşədə kitabsevərlər yazıçılar, şairlər, ziyalılar və alimlər tərəfindən kitabxanaya təqdim olunan kitablarla yaxından tanış ola biləcəklər.

Açıq kitabxanada «Mən oxudum, sən də oxu» devizi altında «Kitab dəyişmə» guşəsi də fəaliyyət göstərəcək. Burada hər bir vətəndaş oxuduğu kitabı həmin guşəyə təhvil vermək və əvəzində oxumadığı kitabı mütaliə etmək imkanı qazanacaq.

Bağçada açıq səma altında poeziya gecələri, mütaliə axşamları, yazıçı və şairlərlə görüşlər, yeni kitablarının təqdimat mərasimləri də təşkil olunacaq.

Layihə çərçivəsində kitab satış yerləri də yaradılacaq. Müəlliflər özünün yeni çap olunan kitabını satış üçün açıq kitabxanaya təqdim edib satılan kitabların dəyərini geri ala biləcək.

Bu guşədə Azərbaycanda, Rusiyada və digər xarici ölkələrdə çap olunan istənilən kitabın onlayn sifarişi və oxuculara çatdırılması sistemi də təşkil olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG