Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:15

Britaniya səfiri İslamı qəbul etdi, müsəlmanla evləndi, Həccə getdi


Britaniyanın Səudiyyə Ərəbistanındakı səfiri Simon Collis

Britaniyanın Səudiyyə Ərəbistanındakı səfiri Simon Collis

Britaniyanın Səudiyyədəki səfiri İslamı qəbul etdikdən sonra Məkkəyə Həcc ziyarəti edib.

Səfir Simon Collis-lə onun xanımı Huda Mujarkech də Həcc ziyarətində olub.

Britaniya mətbuatı yazır ki, 60 yaşlı Collis Həcc ziyarəti edən ilk Birləşmiş Krallıq səfiridir.

Səudiyyə yazıçısı və qadın haqları fəalı Fawziah Albakr öz Tvitter hesabından yazıb: “Britaniyanın Krallıqdakı səfiri İslamı qəbul etdikdən sonra Həcc ziyarətinə çıxıb. Simon Collis və arvadı Huda Məkkədə”.

Tvitter istifadəçilərindən səfiri təbrik edənlər arasında Səudiyyə şahzadəsi Basmah bint Saud da var.

“Səfirə və xanımına xüsusi təbriklər” – yazır şahzadə.

Qısası, ömrümün 30 ilini müsəlman cəmiyyətlərində yaşayandan sonra və Hudaya evlənməzdən öncə İslamı qəbul etdim

Bütün təbrik edənlərə təşəkkürünü bildirən səfir yazır ki, “qısası, ömrümün 30 ilini müsəlman cəmiyyətlərində yaşayandan sonra və Hudaya evlənməzdən öncə İslamı qəbul etdim”.

Collis 2015-ci ildən bəri Britaniyanın Səudiyyədəki səfiridir.

Bundan əvvəl o İraq, Suriya və Qətərdə səfir olub.

Collis 2012-ci ildə Suriyada prezident Assad-ı açıq və kəskin tənqid etdikdən sonra Britaniya XİN tərəfindən geri çağırılmışdı.

Bundan başqa cənab Collis Dubay, Bəsrə, Tunis, Delhi və Əmmanda müxtəlif diplomatik vəzifələrdə xidmət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG