Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:43

►İranın Azərbaycandakı səfiri deyib ki, Azərbaycan Mərkəzi Bankının İrana 500 milyon dollarlıq kredit verməsi məsələsi müzakirə edilir

“Azərbaycan Mərkəzi Bankının (AMB-nin) İrana 500 milyon dollarlıq kredit verməsi məsələsi müzakirə edilir”. Bunu SalamNews-a açıqlamasında İranın Azərbaycandakı səfiri Mohsen Pak-Ayin bildirib.

O, məsələ ilə bağlı işçi qrupun da yaradıldığını söyləyib:

“Bununla əlaqədar yaradılmış işçi qrupun vəzifəsi sözügedən məbləğin necə və nə vaxt yatırılmasına dair müzakirələr aparmaqdır. Müzakirələr barədə elan ediləcək”.

Səfir işçi qrupun gələn həftə Azərbaycana səfər edəcəyini də sözlərinə əlavə edib.

Azərbaycan-İran Müştərək Komissiyası Rəşt-Astara dəmiryol xəttinin çəkilməsi üçün AMB-nin İran tərəfinə 500 milyon dollar verməsi şərtlərini müzakirəyə çıxaracaq.

“Baş bank yalnız Azərbaycan hökumətinə və...”

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, AMB haqqında qanuna görə, baş bank yalnız Azərbaycan hökumətinə və yerli kredit təşkilatlarına kredit verə bilər:

“Bu əsnada əsas məqsədindən (qiymətlərin sabitliyindən) yayına bilməz, yəni pul siyasətinin həyata keçirilməsi çərçivəsində etməlidir bunu. Xarici dövlətlərə isə yalnız bank xidmətləri göstərə bilər: bank hesabı, kassa xidməti və s. Birbaşa kredit verə bilməz”.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

“Tək istisna xarici dövlətin borc qiymətli kağızını almaqdır”

Ekspert tək istisnaya - xarici dövlətin borc qiymətli kağızını almaq məqamına diqqət çəkir:

“Məsələn, İran istiqraz buraxsa, bizim AMB həmin istiqrazı ala bilər. Faktik olaraq, bu da kreditdir, amma qiymətli kağız formasında. Üstünlüyü odur ki, AMB həmin qiymətli kağızı sabah sata da bilər. İran qiymətli kağız buraxırsa, bizim baş bank ala bilər, formal olaraq. Amma AMB bu halda da pul siyasətini həyata keçirməli və qiymətlərin sabitliyi məqsədini güdməli və bunu əsaslandırmalıdır. İranın qiymətli kağızlarının alınmasının bizdəki qiymətlərin sabitliyi ilə nə əlaqəsi var? Mən anlamıram hər halda. AMB izahat verməlidir cəmiyyətə”.

Günün bütün mövzuları

XS
SM
MD
LG