Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:04

Filadelfiyada seçki lotoreyası: Səs ver, pul ud


Arxiv fotosu
Arxiv fotosu

İndi filadelfiyalı seçicilərin seçki məntəqəsinə getmək üçün əlavə bir marağı da var: onlar 10 000 dollar qazana bilərlər.

The Philadelphia Citizen media saytının redaktoru seçki lotereyası elan edib. Larry Platt deyir ki, pulu bir təsadüfən seçilmiş seçici udacaq. Bu, noyabrın 3-də sakinlər meri seçən zaman baş verəcək.

Elan olunmuş mükafat seçki fəalllığını artırmaq və vətəndaş iştirakı barədə müzakirələr üçün qığılcım rolunu oynamaqdır.

Philadelphia Citizen bildirir ki, əsasən demokrat yönlü olan bu şəhərdə mer seçkilərində seçici fəallığı 1971-ci ildəki 77%-dən 2011-ci ildə 20%-ə düşüb.

David Thornburgh “Yetmişlər Komitəsi” adlı vətəndaş nəzarəti qrupuna başçılıq edir. O deyir ki, daha çox insanı seçki məntəqələrinə gətirmək üçün yei ideyaların sınaqdan keçirilməsini dəstəkləyir.

Bu il Los Ancelesdə də ictimai qurumlardan biri də təsdafüfi seçim əsasında seçkilərdə iştirak etmiş bir seçiciyə 25 000 dollar vermişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG