Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:59

Rusiya noyabrın 8-də ABŞ-da keçiriləcək prezident və qanunverici orqana seçkiləri izləmək üçün müraciət edib, amma 3 ştat artıq ona “yox” deyib.

Oktyabrın 21-də ABŞ Dövlət Departamenti bildirib ki, Rusiya Amerika seçkilərini ATƏT-in komandası altında müşahidə edə bilər, ancaq Moskva Vaşinqtonun bu təklifini rədd edib.

Dövlət Departamentinin sözçüsü John Kirby deyib ki, onların seçkini izləmək istəyini alqışlayırlar:

“Bizim Rusiyanın müşahidəçiliyindən çəkindiyimiz bir şey yoxdur. Biz öz seçki prosesimizin stabilliyindən, təhlükəsizliyindən və möhkəmliyindən əminik. Burda gizlətməli heç nə yoxdur”, o deyib.

Ancaq Kirby əlavə edib ki, Rusiya ATƏT-in Müşahidəçi Missiyası altında seçkini izləmək təklifini rədd edib.

Rusiyanın seçkini izləmək istəyinə Oklahoma, Texas və Luizina ştatları “yox” deyib.

Rusiyanın ABŞ-da seçkini izləməyə maraq göstərməsi Vaşinqtonun Moskvaya küber hücum ittihamı ilə bir vaxta təsadüf edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG