Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:03

'Səba' işçiləri ödənişsiz məzuniyyətə göndərib


"Səba" toyuq məhsulları
"Səba" toyuq məhsulları

“Səba” Açıq Səhmdar Cəmiyyətinin 60 əməkdaşını ödənişsiz məzuniyyətə göndərdiyi bildirilir.

Bunu Şirkətin adının çəkilməsini istəməyən əməkdaşı “Turan” İnformasiya Agentliyinə deyib.

Onun bildirməsinə görə, şirkətdə oktyabrın 1-də iclas keçirilib. Orda elan edilib ki, bu, istehsal ziyanı ilə bağlıdır.

Bundan başqa, işləyən əməkdaşların maaşının 40 faiz azaldıldığı bildirilir.

Buna da bax:​ 'SƏBA' iki müəssisəsini bağladı

“Səba” ASC nə deyir?

“Səba” ASC-dən də bəzi şikayətlərin əsaslı olduğu etiraf edilib.

Şirkətdən APA-ya verilən məlumata görə, quş əti, süd məhsulları, dərin emal, əkinçilik məhsulları istehsal edən 5 müəssisədən ibarət “Səba” ASC-də 1150 işçi çalışır. Quş əti istehsalı müəssisəsinin ziyanla işləməsinə baxmayaraq, 9 aylıq birləşmiş hesabata görə, səhmdar cəmiyyət 2 mln. manatdan yuxarı mənfəət əldə edib.

“Xammal və materialların qiymətinin qalxması səbəbindən ziyanla çalışan quş əti istehsalı müəssisəsini rentabelliyə çıxarmaq məqsədilə, şirkət inzibati xərclərin azaldılması qərarına gəlib. Bu da quş əti istehsalında çalışan işçilərdən 50 nəfərin öz hesabına 3 aylıq məzuniyyətə göndərilməsi qərarı olub. Quş əti istehsalı müəssisəsinin 500 manatdan yuxarı əməkhaqqı alan inzibati heyətinin maaşı isə mənfəətə bağlı sistemə keçirilib”.

Şirkətdən bildirilib ki, Səba quş əti istehsalı sahəsində 800 nəfərdən yuxarı işçi çalışır. Ötən 9 ayda müəssisənin rentabelliyinin düşməsinə baxmayaraq, 1 nəfər də işdən azad edilməyib.

Buna da bax:​ Böhran 'Səba' toyuqlarının 'belini qırıb'

Öz hesabına məzuniyyətin 3 ay müəyyənləşdirilməsi məsələsinə də şirkət münasibət bildirib. ASC-dən qeyd edilib ki, Nazirlər Kabinetinin ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələrinə dəyişikliklərlə bağlı sentyabrın 23-də verdiyi qərar şirkətin satış həcminə yaxın vaxtlarda müsbət təsir göstərəcək: “Bu da quş əti istehsalı müəssisəsinin yaxın aylarda rentabelliyə çıxmasına və “Səba”nın öz hesabına məzuniyyətə göndərilmiş işçilərinin yenidən yerlərinə qayıtmasına səbəb olacaq”.

“Səba” ASC səhmləri kimə məxsusudur?

“Səba” ticarət nişanı hazırda öz sahəsində ən iri müəssisələrdən sayılır. Şirkət “Dəvəçi Broyler”, “Bilasuvar Agro”, “Qarabağ Taxıl”, “Baku Food Company” və “Dəvəçi Broyler Dərin Emal” məhdud məsuliyyətli cəmiyyətləri özündə birləşdirir.

Ötən ay “Səba”nın səhmdarlarının qərarı ilə şirkətlər qrupuna daxil olan iki hüquqi şəxsin ləğvinə başlanıldığı bildirilmişdi. Söhbət “Abşeron Damazlıq” (“Dəvəçi Broyler”ə aid) və “Bakı Fud Kompani” MMC-lərdən gedirdi.

Buna da bax:​ Son 6 ayda broyler təsərrüfatlarında çalışanların sayı 10% azalıb

“Səba” ASC səhmlərinin 25 faizi «Azərbaycan İnvestisiya Şirkəti» ASC-yə, 37,3 faizinin «Baku İnvestment Company» MMC-yə, qalan 37,7 faizinin isə fiziki şəxslərə məxsus olduğu deyilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG