Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:32

“Son iki gündə Bakıda Azərbaycan hökuməti və Avropa Birliyinin (AB) nümayəndələri arasında ikitərəfli işçi qrupun (Subcommittee) iclası çərçivəsində danışıqlar keçirilib. Danışıqlarda qanunun aliliyi, insan hüquq və azadlıqları, demokratiya, təhlükəsizlik məsələləri müzakirə olunub. Bu, son iki il yarım ərzində ilk iclas idi”.

Turan-ın xəbərinə görə, bu barədə oktyabrın 14-də AB-nin “Şərq Tərəfdaşlığı” proqramı üzrə şöbə müdiri Dirk Şubel (Dirk Schuebel) bildirib.

“Biz əməkdaşlığı bərpa edə bildiyimizə görə, çox məmnunuq və işçi qrupun fəaliyyəti ikitərəfli münasibətlər üçün böyük əhəmiyyət daşıyır”, deyə o bildirib.

Buna da bax:​ AB-nın alt komitələrinin Bakı iclasları...

İki həftə əvvəl ticarət məsələləri üzrə qrupun, daha sonra insanlar arasında əlaqələr üzrə qrupun (Subcommittee on people to people contacts) iclası olduğunu xatırladan D. Şubel qeyd edib ki, gələcəkdə energetika, ekologiya və nəqliyyat məsələləri üzrə qrupun iclası keçiriləcək.

“Baş tutan danışıqlar çox intensiv və konstruktiv olub. Çoxsaylı məsələlər üzrə fikir mübadiləsi aparılıb. Bütün məsələlər üzrə razılıq əldə etmək mümkün olmasa da, atmosfer kifayət qədər pozitiv idi“, deyə D. Şubel qeyd edib.

Onun sözlərinə görə, bütün bu danışıqlar Azərbaycan-AB tərəfdaşlığı haqqında sazişin imzalanması üzrə ikitərəfli razılaşmalar çərçivəsində aparılır.

“Bütün bu məsələlər üzrə ortaq mövqelərin işlənib hazırlanması və razılıq əldə olunması Bakı ilə Brüssel arasında gələcək tərəfdaşlıq sazişinin bəndlərini razılaşdırmağa imkan verəcək. Sonradan bu saziş AB-nin müxtəlif səviyyələrində təsdiq olunmalıdır“.

Buna da bax:​ 'Sabitliyin demokratiya üzərində qələbəsi'

İnsan hüquqları və demokratiya məsələlərinin gündəlikdə qalıb-qalmadığı barədə sualına Brüssel nümayəndəsi təsdiqedici cavab verib.

“İnsan hüquq və azadlıqlarına hörmət məsələləri açıq şəkildə müzakirə olunub. Biz istisnasız olaraq narahatlığımıza səbəb olan bütün məsələlərə toxunduq. Bu məsələlərin müzakirəsi səviyyəsindən razıyam”, deyə Şubel bildirib.

Diplomat enerji layihəsinin taleyi haqqında suala birbaşa cavabdan yayınıb.

“Mən nikbin əhval-ruhiyyədəyəm və hesab edirəm ki, bütün problemlərin həlli tapılacaq və Azərbaycan qazı, əvvəlcədən də planlaşdırıldığı kimi, 2020-ci il yanvarın 1-də Avropa Birliyi ərazisinə daxil olacaq”, deyə Dirk Şubel qeyd edib.

Buna da bax:​ Sivil Toplum Malena Mard və AB heyəti ilə görüşüb

Bu il iyulun 6-da Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib.

Son həftələr Bakıda həmin sənədin qarşıya qoyduğu məqsədlərdən irəli gələrək Avropa Birliyinin yuxarıda qeyd edilən toplantıları keçirilib.

Azərbaycan Avropa Birliyi ilə «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG