Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:41

Səfirliyin də saxtası olarmış...


Qananın Akkra şəhərində saxta ABŞ səfirliyi binası
Qananın Akkra şəhərində saxta ABŞ səfirliyi binası

ABŞ Dövlət Departamenti bildirib ki, Qananın paytaxtı Akkra şəhərində, az qala, on il saxta "ABŞ səfirliyi" fəaliyyət göstərib.

"Səfirliyi" bu yay Qana hüquq mühafizə orqanlarının ölkədəki əsl ABŞ səfirliyinin əməkdaşları ilə birgə xüsusi əməliyyatı nəticəsində bağlamaq mümkün olub.

Hər həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə günləri səhər saat 7:30-dan günorta saat 12-yədək saxta "səfirlik" binasının üzərində ABŞ bayrağı asılırdı. Binanın içərisinin dizaynı isə (ABŞ-ın hazırkı prezidenti Barack Obamanın portreti və s.) yerli sakinlərə "səfirliyi" rəsmi idarə kimi göstərirdi.

Buna da bax:​ Ağ Ev rəsmisi müsəlmanlara qadağanın dəyişdirildiyini deyir

MÜŞTƏRİLƏRİ OTELƏ YERLƏŞDİRİBLƏR

Əslində isə, Dövlət Departamentinin məlumatına görə, qurumu Türkiyə və Qananın kriminal aləminin təmsilçiləri idarə edirmiş. Cinayət və miqrasiya hüququ üzrə ixtisaslaşmış bir yerli vəkil də onlarla işləyirmiş. "Səfirliyin" əməkdaşları ingilis dilində danışa bilən Türkiyə vətəndaşları idi.

"Səfirliyin" sahibləri bu müddətdə rüşvətin köməyilə nəinki yoxlamalardan yaxa qurtara biliblər, hətta əsl sənəd blankları da əldə ediblər.

ABŞ-ın Qanadakı əsl səfirliyinin əməkdaşı saxta "səfirlik" barədə bilgi alandan sonra Qana polisini, xüsusi təyinatlı polisini və təhqiqat bürosunu, habelə Kanada səfirliyinin əməkdaşlarını araşdırmaya cəlb edib.

Buna da bax: Səfirlik əməkdaşının maşınına güllə dəyib

Bəlli olub ki, yalançı Amerika səfirliyi reklam vərəqələrinin köməyilə öz xidmətlərini təkcə Qanadan yox, həm də qonşu Fil Dişi Sahili və Toqodan olan müştərilərə təklif edirmiş. Səfirlikdə keçirilən "müsahibəyə" küçədən gəlmək olmazdı. Banda üzvləri Qərbi Afrikanın ucqar yerlərindən paytaxt Akkraya gətirdikləri müştəriləri yaxınlıqdakı otelə yerləşdirirdilər.

6 MİN DOLLARA VİZA

"Səfirlik" saxta sənədlər əsasında həm əsl, həm də yalançı vizalar verirmiş. Viza və başqa xidmətlər müştərilərə 6 min dollara başa gəlirmiş.

Saxta pasportlar geyim dükanında hazırlanırmış. Müstəntiqlərin sözlərinə görə, həmin dükanda saxta pasportların tikildiyi xüsusi tikiş maşını aşkarlanıb.

Buna da bax:​ ABŞ səfirliyi viza prosesini sadələşdirir

Cinayətkarların satın aldığı hüquqşünas detektivlərin binada axtarış aparmasını yasaqlayıb. O, həmin binada guya daha bir cinayət işi ilə bağlı araşdırma getdiyini bildirib. Ancaq bunun həqiqətə uyğun olmadığı üzə çıxıb. Araşdırma zamanı saxlanılan şəxslər zaminə buraxılıb. Bu müddətdə onlar fəaliyyəti başqa yerə köçürə biliblər.

Şübhəli şəxslərin bir neçəsi axtarışdadır.

Reyd ölkədə saxta Niderland "səfirliyi"nin də fəaliyyət göstərdiyini üzə çıxarıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG