Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:24

ABŞ Dövlət Departamenti Rusiyanın məşhur İzvestisiya qəzetinin saxtakarlığını ifşa edib

Birləşmiş Ştatların Dövlət Departamenti “saxta məktub” dərc etməsi ilə bağlı Rusiyanın hökumətyönlü “İzvestiya” qəzetini lağa qoyub.

Keçmiş rəsmi sovet qəzeti olan “İzvestiya” bu yaxınlarda dərc olunmuş məqalələrindən birində ABŞ rəsmisi Randy Berry-nin adından yazılmış saxta məktubu dərc etmişdi.

Məktubla yanaşı çap olunmuş məqalədə qəzet iddia edirdi ki, ABŞ rəsmisi Randy Berry Rusiyada homoseksualların hüquqlarını müdafiə edən Nikolay Alekseyevə təşəkkürünü bildirib.

Səhvləri düzəldilmiş məktub

Səhvləri düzəldilmiş məktub

Məqalədə deyilirdi ki, “məktub” Alekseyevin elektron poçtu haker hücumna məruz qaldıqdan sonra əldə olunub.

Moskvadakı ABŞ səfirliyi məktubdakı qrammatik və imla səhvlərini düzəltdikdən sonra onu özünün Facebook səhifəsində yerləşdirib.

“İzvestiya”nın sözü gedən məqaləsində Rusiyanın homoseksual icmasının bəzi üzvlərinin adından iddia edilirdi ki, guya ABŞ hökuməti Alekseyevə Rusiyada qızışdırıcılıq fəaliyyətinə görə pul ödəyir.

Haqqında danışılan məktub bu səbəbdən sübut kimi məqaləyə əlavə edilmişdi.

Məqalədə deyilirdi ki, guya bu məktub Alekseyevə ABŞ-ın homoseksual haqları üzrə xüsusi elçisi cənab Berry tərəfindən göndərilib.

Hörmətli İzvestiya, gələcəkdə saxta məktubları dərc etməzdən əvvəl bizə göndərin. Biz böyük məmnuniyyətlə sizin səhvlərinizi düzədərik

1 may, 2015-ci il tarixli bu “saxta məktubda” guya Berry Alekseyevə Rusiyanın Ukrayndakı təcavüzünün dayandırılmasını tələb edən aksiyanı təşkil etdiyinə görə təşəkkür bildirirdi.

Lakin ABŞ diplomatları Amerika rəsmisinin Gmail ünvanından istifadə etməsindən təəccüblənmişdilər.

Amerika diplomatları “İzvestiya” qəzetinə göndərdikləri məktubda yazırdılar: “Hörmətli İzvestiya, gələcəkdə saxta məktubları dərc etməzdən əvvəl bizə göndərin. Biz böyük məmnuniyyətlə sizin səhvlərinizi düzədərik. Hörmətlə, Dövlət Departamenti”.

Günün bütün mövzuları

XS
SM
MD
LG