Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:20

-

Rusiya məhkəməsi martın 22-də ukraynalı pilot Nadia Savchernkonu 22 il azadlıqdan məhrum etdi.

Ona 30 min rubl məbləğində cərimə cəzası da kəsilib.

Cəzanın müddəti 2014-cü ilin 30 iyunundan hesablanır.

Məhkəmə Savçenkonu 2014-cü ilin iyulunda iki Rusiya jurnalistinin Donbasda öldürülməsi, qətlə cəhd və Rusiya ilə sərhədin qanunsuz keçilməsi maddələri ilə təqsirkar bilib. 30 min rubl məbləğində cərimə cəzası məhz sonuncu pozuntuya görə kəsilib.

Hakim hökmü elan etdiyi zaman Savçenko ukrain dilində ucadan oxumağa başlayıb. Zalda "Bravo!" sədaları səslənib. Hakim beş dəqiqəlik fasilə elan edib. Fasilədən sonra hökmün elanı davam etdirilib. Bu zaman da Savçenko Maydanda tez-tez səslənən başqa bir mahnını oxuyub.

Peskov Savchenkonun dəyişdirilməsindən danışdı.

“ Nadia Savchenkonun Ukraynaya verilməsi və ya dəyişdirilməsini yalnız prezident Vladimir Putin həll edə bilər”.

Bunu martın 22-də Kremlin sözçüsü Dimitry Peskov deyib.

Onun sözlərinə görə, ukraynalı hərbçinin verilməsi məsələsində Rusiya milli qanunvericilik çərçivəsində hərəkət edəcək.

Ukrayna prezidenti Petro Poroshenko Savchenko üzərində məhkəmə prosesini rüsvayçılıq adlandırıb.

O qeyd edib ki, Putin “Normad formatı”nda keçirilən görüşdə ukraynalı hərbçinin qaytarılacağını söz verib və indi bu vədə əməl edilməsi vaxtıdır.

Daha əvvəl Rusiya Federasiyası prezidenti yanında insan hüquqları şurasının rəhbəri Mixail Fedotov bildirmişdi ki, əgər məhkəmənin qərarından şikayət verilməsə, hökmün qüvvəyə minməsindən sonra Savçenkonun Ukraynada həbs edilmiş Rusiya vətəndaşları ilə dəyişdirilməsi məsələsinin müzakirəsi mümkün olacaq.

Savçenkonun özü və vəkilləri dəfələrlə bildiriblər ki, hökmə etiraz etmək fikrində deyillər, ancaq bunu prokurorluq edə bilər.

Ancaq martın 9-da Rusiya DİN-nin rəsmi nümayəndəsi bildirmişdi ki, "Savçenkonun dəyişdirilməsi ilə bağlı danışıqlar aparılmayıb və aparılmır. Bu, məhkəmə qərarının çıxmasına qədər mümkün deyil."

Rusiyanın Ədliyyə Nazirliyinin mətbuat xidmətindənsə bildirilib ki, ekstradisiya Rusiya məhkəməsinin qərarının qüvvəyə minməsindən sonra mümkün ola bilər və bu məsələ yalnız Ukraynanın Rusiya instansiyasının qərarını tanıyacağı və müttəhimin vətənində cəza çəkəcəyinə təminat verəcəyi təqdirdə müzakirə olunacaq.

Ukrayna, Avropa İttifaqı və ABŞ dəfələrlə Rusiyanı Nadejda Savçenkonu azad edərək Ukraynaya qaytarmağa çağırıblar.

Martın 22-də Ukrayna Prezidenti Petro Poroşenko bildirib ki, Kiyev təyyarəçini Ukrayna ərazisində saxlanılmış iki Rusiya hərbçisinə dəyişməyə hazırdır. O həmçinin qeyd edib ki, Ukrayna heç vaxt Rusiyada Nadejda Savçenkoya qarşı çıxarılmış hökmü tanımayacaq.

Rusiya istintaqının verdiyi məlumatda deyilir ki, 2014-cü ildə Savçenko guya bir qrup rus jurnalistinin olduğu yerin koordinatlarını öyrənərək onları Ukrayna qoşunlarına ötürüb. Guya bu koordinatlar üzrə artilleriya atəşi açılaraq jurnalistlər və bir neçə dinc sakin öldürülüb. Bundan sonra guya Savçenko sənədsiz, qaçqın cildinə girərək Rusiya sərhədini keçib və elə orada da həbs edilib.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Xanım Savçenko və onun müdafiəçiləri bu ittihamları rədd edirlər. Onlar bildirirlər ki, Ukrayna təyyarəçisi hərbi əməliyyatlarda iştirak etməyib. Atəş zamanı o artıq Donbasda "Luqansk Xalq Respublikası" nümayəndələri tərəfindən oğurlanaraq sonradan gizlincə Rusiyaya keçirilib. Təyyarəçinin özünün verdiyi məlumata görə, oğurlama əməliyyatında Rusiya prezidentinin administrasiyasının keçmiş əməkdaşı Pavel Karpov iştirak edib. Karpov Putinin köməkçisi, Rusiya neonasistlərinin kuratoru Vladislav Surkovun "şəxsi köməkçisi" kimi tanınır.

Buna da bax: Brüsseldə partlayış görüntüləri

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG