Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:32

AI: “Ölüm hökmlərinin sayı artıb”


ABŞ-da Utah ştat həbsxanasında edam kamerası
ABŞ-da Utah ştat həbsxanasında edam kamerası

-

2014-cü ildə dünyada ölüm hökmlərinin sayı artıb. Hökumətlər ölüm cəzasından cinayətkarlıq, terrorçuluqla mübarizədə və daxili sabitsizliyi yatırtmaq məqsədilə istifadə edib ki, bu da “qüsurlu işdir”. Bunu Amnesty International hüquq müdafiə təşkilatı aprelin 1-də yaydığı hesabatda bildirir.

Londonda mənzillənən insan haqları qrupunun məlumatına görə, 2014-cü ildə 55 ölkədə 2466 ölüm hökmü qeydə alınıb. Bu, 2013-cü ildə 57 ölkədə qeydə alınmış 1925 hökmdən 25 faiz çoxdur.

Ölüm cəzası-2014 adlı hesabatda Amnesty International bildirir ki, həyata keçirilən edamların sayı 22 faiz düşüb.

Hesabata görə, bütün qeydə alınan edamların 90 faizi İran, Səudiyyə Ərəbistanı və İraqda həyata keçirilib.

Belarus isə Avropada və keçmiş Sovet İttifaqında yeganə ölkədir ki, ölüm cəzasını nə ləğv edib, nə də ona moratorium qoyub. Ötən il Belarusda azı 3 nəfər edam olunub.

Hesabatda o da qeyd olunur ki, ölüm hökmlərinin çoxu beynəlxalq ədalətli məhkəmə standartlarına uyğun gəlməyən mühakimələr nəticəsində çıxarılıb.

XS
SM
MD
LG