Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:58

Məkkə iranlılar üçün açıq qalacaq


Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəssə də, müqəddəs şəhərlər - Məkkə və Mədinə İran zəvvarları üçün açıq qalacaq

Səudiyyə Ərəbistanı Tehrandakı səfirliyinin yandırılmasından sonra İranla diplomatik əlaqələri kəssə də, müqəddəs şəhərlər Məkkə və Mədinə İran zəvvarları üçün açıq qalacaq.

Bu barədə bəyanatı Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel al-Jubeir Reuters agentliyinə müsahibəsində verib.

O həmçinin deyib ki, İran diplomatlarına ölkəni tərk etmək üçün 48 saat vaxt verilib və bu ölkə ilə bütün ticarət və hava-yer nəqliyyatı əlaqələri dayandırılıb.

Səudiyyə Ərəbistanında tanınmış şiə ruhani lideri Nimr al-Nimrin edamının ardınca Tehran və Məhşəddə zorakı etiraz aksiyaları baş vermişdi.

İranın ali rəhbəri Khamenei bəyan etmişdi ki, Nimri öldürmüş Səud ailəsi Allahın qəzəbinə gələcək.

Bəhreyn və Sudan da İranla diplomatik əlaqələrini kəsiblər. Birləşmiş Ərəb Əmirlikləri diplomatik missiyasının dərəcəsini endirib

Reuters agentliyi xəbər verir ki, Səudiyyənin ardınca onun müttəfiqləri – Bəhreyn və Sudan da İranla diplomatik əlaqələrini kəsiblər. Birləşmiş Ərəb Əmirlikləri diplomatik missiyasının dərəcəsini endirib.

Təhlilçilər diqqəti belə bir məqama çəkirlər ki, Bəhreyndə əhalinin əksər hissəsi şiə olsa da, kral ailəsi sünnidir, Birləşmiş Ərəb Əmirliklərinə gəlincə isə, onun İranla çox sərfəli ticarət münasibətləri var.

Bazar ertəsi Ağ Ev hər iki tərəfi “bir qədər təmkin göstərməyə və gərginliyi alovlandırmamağa” çağrıb.

Regionda məzhəblərarası gərginliyin artdığı müşahidə olunur.

Bazar ertəsi İraqda iki sünni məsçidi partladılıb və başqa bir məsçidin sünni imamı qətlə yetirlib.

XS
SM
MD
LG