Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:39

Səudiyyədə paytaxt Riyad yaxınlığında üç il əvvəl baş vermiş kütləvi dava-dalaşda atəş açaraq bir nəfəri öldürmüş Səudiyyə şahzadəsi Turki bin-Səud əl-Kəbir edam olunub.

Edamın təfərrüatları barədə heç bir məlumat verilmir, lakin bu ölkədə edamlar bir qayda olaraq boyunların vurulması ilə icra olunur.

Beləliklə şahzadə Turki bin-Səud əl-Kəbir bu il Səudiyyə Ərəbistanında edam edilən 134-cü adam olub.

Buna baxmayaraq agentliklər vurğulayırlar ki, kral ailəsinə mənsub şahzadələrin edam edilməsi nadir hadisədir. Ümumiyyətlə isə kral ailəsində bir neçə min şahzadə var.

Bundan əvvəl dayısı kral Feysəli sui-qəsdlə öldürmüş şahzadə Feysəl bin Müsaid əs-Səud 1975-ci ildə edam olunmuşdu.

Şahzadə Turkiyə gəlincə isə, o, həmvətəni Adel bin Süleyman əl-Mühaymidi qətlə yetirdiyinə görə ümumi məhkəmə tərəfindən məhkum edilmişdi.

Hökmü Appelyasiya Məhkəməsi və Ali Məhkəmə də qüvvədə saxlamışdı.

Yalnız bundan sonra edam üçün əlahəzrətin fərmanı verilib.

AFP bildirir ki, öldürülən şəxsin ailəsi “qanpulundan” imtina etdiyinə görə bu edam artıq qaçılmaz olub.

Sosial mediada bir çoxları kral Salmanı qətiyyətli olduğuna görə təqdir ediblər, bir başqaları isə qanunun hamıya şamil edilməsindən razı qalıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG