Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:05

Hazırda həbsdə olan satirik şair Tofiq Həsənlinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır. Şikayət Şirvan Apelyasiya Məhkəməsinin hakimi Ələsgər Novruzovun icraatına verilib.

Satirik şairin vəkili Elçin Sadıqovun deməsinə görə, ilkin baxış iclası oktyabrın 27-də saat 12.00-da keçiriləcək.

Tofiq Həsənli ötən il oktyabrın 13-də yoxa çıxmışdı. Yaxınları iki gündən sonra xəbər tutmuşdular ki, Tofiq Həsənli saxlanıb.

Buna da bax:​ Həbsdə olan satirik şairə imkansızlıqdan vəkil tutulmayıb

Tofiq Həsənlinin işlədiyi ticarət obyektində ona məxsus külli miqdarda narkotik aşkar olunduğu deyilirdi. Şair Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və satma - küllü miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinirdi. Satirik şairin ailə üzvlərinin bildirməsinə görə, maddi problemlər üzündən uzun müddət ona vəkil tuta bilməyiblər. Onlar şairin tənqidi şerlərinə görə, şərləndiyini düşünürlər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi bu il avqustun 22-də onu 6 il həbs cəzasına məhkum edib.

O, tutulmazdan öncə xaricdən yayılan «Azərbaycan saatı» proqramında tənqidi şerlər oxuyardı.

Günün bütün mövzuları

XS
SM
MD
LG