Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:33

-

“Azərbaycanla NATO-ya üzv olan dövlətlər arasında siyasi və hərbi əməkdaşlıq inkişaf edir. Bu əməkdaşlıq ölkəmizin hərbi və təhlükəsizlik qüvvələrinin islahatı və NATO ölkələrinin silahlı qüvvələri ilə operativ uzlaşmanın güclənməsində mühüm rol oynayır”.

Mayın 31-də Brüsseldə keçirilən Azərbaycan-NATO iclası çərçivəsində Şimali Atlantika Şurasındakı çıxışında xarici işlər naziri Elmar Məmmədyarov belə deyib. Bu haqda Xarici İşlər Nazirliyinin saytı xəbər verir.

Cənubi Qafqaz regionundakı vəziyyətdən danışan nazir qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri pozulub, ərazilərinin 20 faizini Ermənistan işğal edib.

E.Məmmədyarov deyib ki, işğal faktına əsaslanan status-kvo gərginlik mənbəyidir, Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxarılmalıdır.

“16 may tarixində Vyanada Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirildi. İyunda status-kvonu dəyişmək üçün əhəmiyyətli irəliləyiş əldə etmək məqsədilə başqa bir görüşün keçiriləcəyini gözləyirik" - deyə nazir bildirib.

E.Məmmədyarov çıxışı zamanı həmçinin deyib ki, Ermənistan Azərbaycanı "çirkli bombalar"la hədələyir.

Nazir toplantının sonunda NATO ölkələrinin təmsilçilərinin suallarını cavablandırıb.

Mayın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşü keçirilib.

Danışıqlardan sonra həmsədrlərin verdiyi bəyanatda deyilirdi ki, prezidentlər İlham Əliyevlə Serzh Sarkisian Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər. Görüşdə həmçinin, iyunda danışıqların davam etdirilməsi ilə bağlı razılıq əldə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG