Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:39

Sarkisianın Qarabağla bağlı növbədənkənar görüşü


Sarkisian hakim Respublikaçı Partiyasının aparıcı üzvləri ilə Qarabağ münaqişəsi ilə bağlı növbədənkənar görüş keçirib.
Sarkisian hakim Respublikaçı Partiyasının aparıcı üzvləri ilə Qarabağ münaqişəsi ilə bağlı növbədənkənar görüş keçirib.

Ermənistan prezidenti Serzh Sarkisian çərşənbə günü hakim Respublikaçı Partiyasının (HHK) aparıcı üzvləri ilə Qarabağ münaqişəsi ilə bağlı növbədənkənar görüş keçirib. Görüş zamanı Sarkisianın daha çox məmuru vəzifəsindən kənarlaşdıracağı barədə xəbərdarlıq etdiyi bildirilir.

Parlamentin üzvü və HHK-nın idarə heyətinin üzvü Vazgen Karakhanianın sözlərinə görə Sarkisian deyib ki, «əgər adamlar işlərini düz-əməlli görə bilmirlərsə onların bizim rəsmi vəzifələrdə yeri olmayacaq». Karakhanian AzadlıqRadiosu-nun Ermənistan xidmətinə deyib ki, bu xəbərdarlıq hamıya, o cümlədən parlament üzvlərinə də aiddir.

Qarabağ münaqişəsinin 2 apreldə başlamış son eskalasiyasından bəri Sarkisian daxili siyasi və iqtisadi islahatlar aparmaq çağırışları ilə üzləşməkdədir. Bir çox erməni mütəxəssisləri düşünür ki, Ermənistan Azərbaycanın münaqişəni hərbi yolla həll etmək cəhdlərinə duruş gətirmək üçün bu islahatlara getməlidir.

Ancaq Sarkisian hələ ki, münaqişənin yenidən qızışmasından bəri elə bir siyasi dəyişiklik elanı verməyib. Yalnız müdafiə nazirliyinin üç rəsmisi vəzifəsindən azad edilib.

«Sarkisian dedi ki, son 3-4 gündə biz aprelin 2-də Azərbaycan ordusunun tutduğu mövqeləri geri qaytara bilmişik», deyə Karakhanian əlavə edib. Ancaq o, məsələnin detalları barədə danışmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG