Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:17

Ermənistan prezidenti Serj Sarkisyanın 2017-ci ilin prezident seçkilərindən sonra baş nazir olacağı istisna edilmir.

Bunu hakim koalisiyaya daxil olan “Daşnaksutyun” partiyasının parlamentdəki fraksiyasının rəhbəri Armen Rustamyan AzadlıqRadiosunun Erməni xidmətinə müsahibəsində deyib:

"Mən heç zaman heç nəyi istisna etmirəm. Situasiyalar dəyişir, ona görə də heç zaman "heç zaman" sözünü işlətməməlisən. Bu bütün siyasi qüvvələr və xadimlər üçün vacibdir. Çünki görürük ki, bir şey deyilir, sonra başqa şey baş verir".

Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan təxminən 2 il əvvəl rəsmi şəkildə bəyan edib ki, ölkənin parlament idarəçiliyi sisteminə keçəcəyi halda baş nazirlik uğrunda mübarizə aparmayacaq və bir nəfər 2 dəfədən artıq ölkənin başında dura bilməz.

O zaman ölkədə belə narahatlıqlar vardı ki, Sarkisyan konstitusiyanı özünə görə dəyişir. Çünki qanunlar ona iki dəfədən artıq prezident seçilməyə imkan vermir, buna görə də o əsas səlahiyyətləri prezidentdən baş nazirə ötürüb sonradan özü baş nazir olmaq istəyir.

Amma son vaxtlar Sarkisyan başqa hava çalır. O indi-konstitusiya dəyişikliyindən sonra bunun mümkünlüyünü istisna eləmir.

O, ötən həftə “Əl-Cəzirə” televiziyasına müsahibəsində deyib ki, onun bu vəzifəyə təyinatı hakim “Respublika”partiyasının gələn yaz keçiriləcək parlament seçkisində qazanacağı səslərin sayından aslı olacaq.

Ölkənin parlament idarəçiliyi sisteminə keçməsini “Daşnakstyun” partiyası da dəstəkləyib.

Partiyanın parlamentdəki fraksiyasının rəhbəri Armen Rustamyan, Sarkisyanın bu sistemə keçməklə hakimiyyətdə qalmaq imkanı qazanması ilə razı deyil.

Armen Rustamyan

Armen Rustamyan

O deyir ki, əsas seçkinin necə keçməsidir və əgər heç kim onun nəticələrinə şübhə etməsə, onda Sarkisyanın hakimiyyətdə qalıb-qalmaması heç kimi narahat etməyəcək.

Sarkisyanın baş nazir olacağına gəldikdə isə Rustamyan deyib: “ Bizim heç vaxt konkret şəxslərlə problemimiz olmayıb.Məqsədimiz normal və ədalətli sistem yaratmaqdır, bunu da edirik. Seçki sistemini dəyişdik və əminəm ki, görünməmiş seçki keçiriləcək.Bu mənada bizim hakimiyyəti qan tökməklə yox, seçki yolu ilə dəyişmək imkanımız var. Bu əsas məsələlərdən biridir.

O ki, qaldı Sarkisyanın gələcək statusuna, onun indiki qədər səlahiyyəti olmayacaq.Bunu hələ ki, çoxları başa düşməyib, amma düşəcək”, deyə o bildirib.

Müxalifətdə olan “Ermənistan milli konqresi” isə Sarkisyanın bəyanatından təəccüblənmir.

Levon Zurabian

Levon Zurabian

Pariyanın parlamentdəki fraksiyasının rəhbəri Levon Zurabyan deyir ki, onlara əvvəldən bəllidir ki, kontitusiyanı Sarkisyanın hakimiyyətini uzatmaq üçün dəyişirlər.

Hakim “Respublika” partiyası isə 2017-ci il parlament seçkilərini gözləməyə çağırır.

Partiyanın parlamentdəki fraksiyasının rəhbəri Baqram Baqdasaryan (Vahram Bagdasarian) deyir ki, indi havada olan məsələdən danışırıq və əgər indi baş nazir məsələsindən danışsalar belə çıxacaq ki, partiya artıq qarşıdan gələn seçkilərdə qalib gəlib.

Sarkisyanın son bəyanatına gəldikdə isə Baqdasaryan deyib ki, o yalnız vaxtı çatmamış məsələdən danışmaq istəmədiyini nəzərdə tutub və prezident həmişə sözünün üstündə durub.

Vahram Baghdasarian

Vahram Baghdasarian

Müxbirin, belə çıxır ki, Sarkisyan baş nazir olmayacaq sualına gəldikdə isə Baqdasaryan deyib ki, mən yalnız deyirəm ki, bu barədə danışmaq hələ ki, tezdir, preziden bu məsələyə münasibət bildirib və bildirəcək.

Hadisələrin siyasi inkişafından aslı olaraq prezidentin bəyanatının dəyişməsinin mümkünlüyünə gəldikdə isə Baqdasaryan deyib ki, prezidentin bəyanatlarında dəyişiklik olmur, siyasi inkişaflar isə davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG