Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:52

Göldə balıqlar kütləvi qırılıb...


Sarısu gölündə balıqlar kütləvi qırılıb...

Sarısu gölündə balıqlar kütləvi qırılıb...

Sentyabrın 5-də Azərbaycanın ən böyük gölü olan Sarısu gölündə balıqların kütləvi zəhərləndiyi düşünülürdü.

Bu barədə «Turan» İnformasiya Agentliyi sosial şəbəkələrdə yerləşdirilmiş videokadrlara istinadla xəbər verirdi. Həmin kadrlarda Sarısu olduğu güman edilən gölün səthində üzən ölü balıqlar əks olunub.

Bəzi izləyicilər isə, balıqların dinamit partladılması nəticəsində kütləvi şəkildə öldüklərini zənn edirdilər.

Buna da bax:​ Qanlıgölün çirkli sularında balıq ovu- FOTOLAR

Sarısuda balıqlar kütləvi zəhərlənib [video]

Videonu naməlum şəbəkə istifadəçiləri çəkib. Onlar göldə üzürlər və tələf olmuş yüzlərlə balığı çəkirlər. Elə həmin şəxslər göldə kütləvi zəhərlənmə baş verdiyini iddia edirlər.

Ekoloji fəlakətin səbəbi məlum deyil.

Nazirlik bunun Sarısu gölündə baş vermədiyini bildirir.

Sarısu gölü ölkənin mərkəzi Aran bölgəsində yerləşir. Bu göl balıqlarla yanaşı, minlərlə su quşunun məskəni və məşhur istirahət yeridir.

Ekspertlərin fikrincə, suda zəhərlənmə baş veribsə, bu, quşlarının sayına da təsir göstərəcək.

Ancaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi narahatlığa əsas görmür.

'«Facebook» şəbəkəsində Sarısu gölündə balıqların tələfatı ilə bağlı yayılan video dərhal bizim əməkdaşlar və yerli qurumlar tərəfindən araşdırılıb. Lakin belə bir fakt aşkar olunmayıb’.

Buna da bax:​ Allahmədətlilərin köhnə məskəni və ya «Təcili yardım» üçün keçilməz yollar...

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru müavini Ayaz Əliyev deyib.

O qeyd edib ki, bu tipli məlumatları yayan istifadəçilərin ünvanları dəqiq göstərilməlidir: «Bu operativ qaydada istənilən məsələnin aparılmasına öz töhfəsini verər».

Günün bütün mövzuları

XS
SM
MD
LG