Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:20

Sağlam ayağı kəsən həkimlə müdiri işdən çıxarıldı


►Xüsusiləşdirilmiş Angioloji Mərkəzin rəhbərinin də işdən uzaqlaşdırıldığı bildirilir

Xəstənin sağlam ayağının kəsilməsi olayına görə, Xüsusiləşdirilmiş Angioloji Mərkəzin rəhbəri Azər Şəmsəddinski və həkim-cərrah Valeh Kərimov vəzifələrindən azad edilib.

Cərrah assistenti Əfsər Rzazadəyə isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bu qərarlar Səhiyyə Nazirliyini bu gün keçirilən kollegiya iclasında qəbul edilib. Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb.

Mətbuat xidməti bildirir ki, iclasda iyunun 24-də Angioloji Mərkəzdə vətəndaş Tərlan Məmmədovanın yanlış əməliyyat edilməsi müzakirə edilib. Olayı araşdıran komissiyanın rəyi dinlənilib.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

“Aparılmış kliniki və patohistoloji müayinələr vasitəsilə xəstənin hər iki aşağı ətrafında diabetik makroangiopatiya, arteriyaların stenozu və okklüziyasının baş verdiyi müəyyən edilib. Sol ayaq pəncəsində prosesin daha ağır vəziyyətdə olduğu, qanqrenanı nəzərə alaraq iyunun 23-də xəstənin sol aşağı ətrafının amputasiya edilməsi qərara alınıb.

____________________________________________________________

Bunlara da bax:
'Ayaqsız' dilənçi ifşa olundu- [Video]
Zaqatalada uşaq ölümü – günah öləndədir?

____________________________________________________________

Ancaq cərrahiyyə əməliyyatı zamanı mərkəzin həkim-cərrahları Valeh Kərimov, Əfsər Rzazadə kobud səhv edərək xəstənin ayağının sol aşağı ətrafı əvəzinə, sağ tərəfi amputasiya ediblər”-deyə açıqlamada qeyd edilir.

Kollegiya bu səhvə görə, həm həkim cərrahların, həm də mərkəzin rəhbərini cəzalandırmağa qərar verib. Mərkəzə müvəqqəti rəhbər də təyin edildiyi qeyd edilir.

Məlumatda bildirilir ki, Səhiyyə Nazirliyi, tibb müəssisələrinin rəhbərlərinə çıxarılan qərarın tibbi şuralarda müzakirə edilməsi, əmək və peşə funksiyaların yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi tapşırığı verib.

Angioloji və Mikrocərrahiyyə Mərkəzində şəkərli diabet xəstəsi olan 87 yaşlı Tərlan Məmmədovaya sol ayağının kəsilməsi barədə diaqnoz qoyulub. Amma onun iltihablı sol ayağı əvəzinə sağlam sağ ayağı kəsilmişdi.

Sonradan xəstənin ikinci ayağı da amputasiya edilib.

Fakta görə Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə iş açılıb. Həkim-cərrah dindirildikdən sonra sərbəst buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG