Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:32

“Azərbaycan uzun müddətli müharibəyə hazırlaşır”.

Bunu oktyabrın 17-də AzadlıqRadiosunun Ermənistan xidmətinə qondarma Dağlıq Qarabağ ordusunun keçmiş komandanı Samvel Babayan deyib.

“Hazırlaşmaq üçün müvafiq vaxt lazımdır. Onlar raket və mərmi istehsal edən zavod tikirlər, dəmiryol məsələsini həll edirlər. Azərbaycan genişmiqyaslı və üzun müharibəyə gedir, sadəcə biz bunu düzgün təhlil elmək istəmirik.

Məsələ ondadır ki, onlar raket və silah zavodu tikirlərsə, deməli bu silahları ona göndərən tərəfdaşlarına inanmır və hesab edirlər ki, onlar bunu hansısa mərhələdə dayandıra bilərlər.

Buna görə də bu silahları özləri istehsal etmək istəyirlər”, deyə o vurğulayıb.

Samvel Babayan qeyd edib ki, Azərbaycan dünyaya silah satan ölkə deyil və bu o deməkdir ki, uzun müharibəyə hazırlaşır.

Müdadfiə naziri Seyran Ohanyanın istefasına gəldikdə isə Babayan bunu düzgün addım saymır.

“Prezident Sarkisianın onu nəyə görə istefaya göndərməsi barədə konkret bir şey deyə bilmərəm, məndə belə bir informasiya yoxdur.Onun indiki mərhələdə vəzifədən kənarlaşdırılmasını düzgün saymıram.Hərbi komanda arasında onu ən savadlı kadr hesab edirəm”,deyə o bildirib.

Bu istefanın 4 günlük aprel döyüşlərindəki uğursuzluqla bağlı olmasına gəldikdə isə bunları deyib:” Belədüşünmürəm. Əgər burda hansısa bağlılıq olsaydı, onda onu 3 generalla birlikdə elə əvvəlcədən azad edərdilər”, deyə o vurğulayıb.

Prezident administrasiyasının keçmiş rəhbəri Vigen Sarkisianın müdafiə naziri vəzifəsinə təyin edilməsinə gəldikdə isə Samvel Babayan bunları deyib: “ Birincisi onunla tanışlığım yoxdur, ona görə də onun barəsində bir şey deyə bilmərəm. O ki, qaldı mülki şəxsin müdafiə naziri vəzifəsinə təyin edilməsinə, Ermənistan bu gün müharibə şəraitindədir. Bunu Fransa, Almaniya və Avropa ölkələri edə bilərlər. Amma mülki şəxsin bu gün Ermənistanda bu vəzifəyə təyin edilməsini düzgün məqam saymıram”,deyə o bildirib.

Bir daha qeyd edək ki, Samvel Babayan bunları, AzadlıqRadiosu Ermənistan xidmətinə müsahibəsində deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG