Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:57

Samsung Galaxy Note 7 ABŞ-dakı bütün təyyarələrdə qadağan edilib


Samsung Galaxy Note7
Samsung Galaxy Note7

Batereyasının alovlanması və patlaması səbəbinə görə, Samsung Galaxy Note 7 telefon modeli ABŞ-dakı bütün təyyarələrdə qadağan edilib.

Birləşmiş Ştatların Rabitə Nazirliyinin “təcili” adı altında göndərdiyi xəbərdarlıqda təhlükəsilik səbəbi ilə Galaxy Note 7 modelinin təyyaraələrə qəbul olunmaması bildirilir.

Uçuş heyəti və sərnişinlərartıq baqajlarında, ya da təyyarələrdə bu modeli gəzdirə bilməyəcək.

Açıqlamada deyilir ki, “bu qərarla bəzi sərnişinləri çətin vəziyyətdə qoyduğumuzu bilikrik, ancaq tıhlükəsizlik hər şeydən üstündür”.

Samsung Galaxy Note 7-də alovlanma və partlama problemi sentyabr ayında ortaya çıxmışdı. Həmin vaxt Samsung şirkəti 2 milyon yarım telefonu satışdan çıxarmışdı.

XS
SM
MD
LG