Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:33

Samir Şərifov pul tapmaq üçün ABŞ-a gedib


Maliyyə naziri Samir Şərifov
Maliyyə naziri Samir Şərifov

Maliyyə naziri Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti “Cənub” qaz dəhlizi layihəsinin maliyyələşdirilməsi üzrə danışıqlar üçün ABŞ-a gedib.

Maliyyə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Dövlət Neft Fondu“Cənub Qaz Dəhlizi” QSC-nin nümayəndələrindən ibarət heyət oktyabrın 7-də Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankında danışıqlar aparıb.

Mənbənin məlumatına görə, danışıqların mövzusu sözügedən maliyyə qurumlarının “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsində iştirakının mümkünlüyü olub. “Cənub” qaz dəhlizi” layihəsinin həyata keçirilməsi ilə bağlı ABŞ hökumətinin dəstəyinin Azərbaycanda yüksək qiymətləndirildiyi qeyd olunub.

Buna da bax: Maliyyə Nazirliyi Beynəlxalq Banka görə məsuliyyət daşımır?

Məlumatda həmçinin, Azərbaycan nümayəndə heyətinin ABŞ-ın dövlət katibinin iqtisadi və biznes əlaqələri üzrə köməkçisi Çarls Rivkin, Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokştayn və ABŞ maliyyə nazirinin beynəlxalq bazarlar və inkişaf üzrə köməkçisi Marisa Laqo ilə də görüşlər keçirildiyi bildirilir.

Bu görüşlərdə ikitərəfli ticari-iqtisadi əməkdaşlığın inkişafı, enerji sahəsində iki ölkə arasındakı ənənəvi strateji əməkdaşlığın davam etdirilməsi müzakirə mövzusu olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG