Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:52

Ermənistanda "qaynana sindromu”


arxiv
arxiv

Deputat Vaan Babaian parlamentdə deyib ki, “Bizim ölkədə bir pis ənənə var - “qaynana sindromu””.

O izah edib ki, məmur öz mülkiyyətini çox vaxt qaynanasının adına yazdırır və soruşub ki, yeni qanun layihəsi bu “qaynana sindromunu” necə həll edir?”

"Aravot" qəzeti yazır ki, Babaian bu sualı Ermənistan parlamentində gəlir bəyannaməsi və gəliri haqda məlumat verənə yaxın olan adamların siyahısı haqda məsələ müzakirə olunarkən verib.

Ədliyyə naziri Arpine Hovhannisian
Ədliyyə naziri Arpine Hovhannisian

Ədliyyə naziri vəzifəsini icra edən Arpine Hovannisian bildirib ki,“qaynana sindromu” Antikorrupsiya komissiyasında müzakirə olunub.

O deyib ki,gəlirini bəyan edənlə bağlı şəxslərin dairəsi gələcək qanunlarda genişləndiriləcək.

KONYAK GEDİR, PULU GƏLMİR

“Aykakan jamanak” qəzeti yazır:”Ermənistanın konyak şirkətləri ağır maliyyə durumundadır. Onlar Rusiyaya çoxlu konyak göndərib, ancaq pulunu hələ də almayıb.Söhbət milyonlarla dollardan gedir”

“Rəsmi statistikaya görə, 2016-cı ilin birinci yarısında Ermənistanın Rusiyaya spirtli içkilər ixracı keçən illə müqayisədə 80 faiz artıb. Ancaq bu o demək deyil ki, aparılan içki satılıb”.

Eyni dövrdə spirtli içkilər istehsalı 8 faiz artıb. Bu isəo deməkdir ki, şirkətlər anbarlarda olan məhsulu ixrac edirlər, yeni məhsul istehsal etmirlər. Çünki Rusiyada bu məhsuların istehlakı azalıb.”

Qəzet yazır: “Deyilənə görə, konyak istehsalçılarını bu konyakı Rusiyaya göndərməyə hakimiyyət məcbur edir. Kim ki, bu göstərişə əməl etmək istəmir. Müxtəlif bəhanələrlə onların lisenziyası alınır”.

Qəzet yazır ki, faktiki olaraq Ermənistanın konyak zavodları başqa ölkədə konyakı anbara yığırlar. Adı da olur ki, ixrac artır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG