Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 09:01

Nazir maaş ve pensiyaların gecikməsi xəbərinə münasibət bildirdi


-

“Qlobal səviyyədə davam edən mürəkkəb proseslər fonunda yaranmış yeni şəraitdə, əvvəlki illərdə qazanılmış böyük iqtisadi potensial və aparılan islahatlar sayəsində xarici təsirlərin ölkə iqtisadiyyatına mənfi təsirləri minimuma endirilib”.

Maliyyə Nazirliyində iyulun 22-də keçirilmiş kollegiya iclasında nazir Samir Şərifov belə deyib.

Bu haqda nazirliyin mətbuat xidmətinin məlumatında bildirilir.

Nazir yarımildə büdcənin icrası ilə bağlı bilgi verərək bildirib ki, əsas dövlət vəzifələrinin yerinə yetirilməsi, əmək haqqı, müavinət, pensiya və digər sosial xərclər, həmçinin dövlət borcu üzrə öhdəliklər tam maliyyələşdirilib.

Onun deməsinə görə, ilin ikinci yarsında da sosial müavinətlər, maaş, pensiya, təqaüd, və digər ödənişlər zamanında yerinə yetiriləcək.

Onun sözlərinə görə, qarşıdakı illərdə də sosial siyasət davam etdiriləcək. Müdafiə xərcləri, ölkə daxilində və xaricdəki investisiya layihələrinin icrası, regionların sosial-iqtisadi inkişafı prioritet olacaq.

S. Şərifovun deməsinə görə, əsas hədəflər dövlət büdcəsinin cari xərclərinin qeyri-neft sektorundan gələn gəlirlər hesabına örtülməsinə nail olmaq, Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılmasıdır.

Ancaq indidən ölkə mətbuatında maaş və pensiyaların yubadılması ilə bağlı müxtəlif şikayətlərə rast gəlmək mümkündür. Hətta KİV-lərdə yer alan bəzi şikayətlərə görə, ölkənin bəzi bölgələrində çalışan müəllimlər məzuniyyət pullarını, hələ də, ala bilməyiblər.

Buna da bax: Paşayevlərin gəlirli Retro biznesi

XS
SM
MD
LG