Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:54

Səməd Seyidov: “Bu, müstəqil dövlətin prezidentinə təzyiq deyilmi?”


Səməd Seyidov
Səməd Seyidov

►“Əksinə, hesab edirəm ki, əfv sərəncamı ətrafında təzyiqlər, lazım olmayan hay-küylər ona müsbət yox, mənfi təsir göstərir”.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov prezidentin imzaladığı əfv sərəncamı haqda sualları cavablandırır.

– Səməd müəllim, bu əfv sərəncamı gözləntiləri doğrultmadı. Siyasi məhbus kimi tanınan şəxslərdən birinin də adı siyahıya düşmədi. Siz nə düşünürsüz bu haqda?

Gözlə

No media source currently available

0:00 0:00:39 0:00
Direct-ə keçid

– Mən cənab prezidentin imzaladığı əfv sərəncamını çox yüksək qiymətləndirirəm. Birincisi, məhbusluqda olan insanın azadlığa çıxması yüksək, humanitar, gözəl aktdır. Bu addımın atılması ona dəlalət edir ki, prezident vətəndaşlarına, onların harda, hansı səhv buraxmasına humanist yanaşır və bu, göz qabağındadır.

– Amma siz də bilirsiniz ki, bu əfv sərəncamından başqa gözləntilər vardı. Hətta siyasi məhbuslardan birinin valideyni AzadlıqRadiosuna müsahibəsində demişdi ki, onlara yaxınlarının azadlığa çıxacağını bildiriblərmiş. O zaman nə baş verdi ki, siyahı dəyişdi?

Gözlə

No media source currently available

0:00 0:01:45 0:00
Direct-ə keçid

– Birincisi, əfv sərəncamı heç bir təzyiq altında imzalanmır. Bu, Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyətidir. Əksinə, hesab edirəm ki, əfv sərəncamı ətrafında təzyiqlər, lazım olmayan hay-küylər ona müsbət yox, mənfi təsir göstərir. Sizə tam səmimi deyim ki, prezident heç bir xarici təzyiq altında əfv fərmanı imzalamayıb, imzalamır, bundan sonra da imzalamayacaq. Onun ali maraqları vətəndaşların maraqlarıdır. O ki qaldı siz deyən məsələlərə, biz çox təəssüflənirik. Siz təsəvvür edin ki, Azərbaycanın prezidenti humanitar nöqteyi-nəzərdən Leyla Yunusu, Arif Yunusu azadlığa buraxır. Üstündən iki gün keçəndən sonra ABŞ-da Christopher Smith (konqresmen, ABŞ Helsinki Komissiyasını sədri-red.) Azərbaycanda insan haqlarının pozulması ilə bağlı layihə təqdim edir. Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinin yerinə yetirilməsi ayrıca məsələ kimi müzakirə edilmədiyi halda birdən cənab Jagland (Avropa Şurasının Baş katibi-red.) Azərbaycanla bağlı ayrıca qərar qəbul edir. Bu, təzyiq deyilmi? Bu, müstəqil respublikanın prezidentinə işarələr deyilmi? Ona görə bu baxımdan belə təzyiqlər, belə fikirlər, müdaxilələr heç də müsbət nəticə verə bilməzdi. Hesab edirəm ki, gələcəkdə də Azərbaycana qarşı bu şəkildə təzyiqlər olacaqsa, bu şəkildə rəftar seçiləcəksə, o qüvvələr istədiklərinə nail olmayacaqlar.

Buna da bax: Tanınmış futbolçu ilə bağlı istintaq yekunlaşdı

Chris Smith
Chris Smith

– Bu, o deməkdirmi ki, beynəlxalq təzyiqlər olmasaydı, konkret desək, “Demokratiya Aktı” layihəsi üzə çıxmasaydı, fərqli bir əfv sərəncamı imzalanacaqdı?

– Bu konkret o deməkdir ki, həmin Smith-in qanun layihəsi, cənab Jagland-ın müdaxiləsi Azərbaycanda insan haqları ilə bağlı məsələlərin həllinə yox, Azərbaycanda insan haqları vasitəsilə problemlərin yaradılmasına və ən əsası, Azərbaycan prezidentinə, onun müstəqil siyasətinə təsir göstərmək cəhdidir. Bax, bu, o deməkdir. Bu cür addımlar Azərbaycan prezidentinə heç vaxt təsir edə bilməz. O, müstəqil düşüncəyə malik insan kimi, ali Azərbaycan maraqlarını nəzərə alaraq həmin əfv sərəncamını imzalayıb. Deməli, Azərbaycanın maraqları çərçivəsində bax, bu insanların əfv sərəncamına düşməsi məqsədəuyğundur. Başqası yox.

Buna da bax: Bakı, hanı sənin avtobusların?

– Siz bu əfv sərəncamının “məqsədəuyğun” olduğunu deyirsiniz, ancaq o sənəd imzalandıqdan sonra başqa fikir səslənməyə başladı. “Azərbaycan rəsmiləri bu yolla okeanın o tayına sanksiyalarla bağlı dəvətnamə göndərdi” dedilər.

– Bir də təkrar edirəm, söhbət ABŞ-ın hansısa siyasətindən getmir. Bu gün söhbət ABŞ-ın hansısa konqresmeninin və Avropa Şurası baş katibinin Azərbaycana qarşı addımlarından gedir. Xahiş edirəm, bütün Avropa Şurasını bir Jagland-a uyğunlaşdırmaq lazım deyil, ya da bütün Birləşmiş Ştatları da bir konqresmenlə eyniləşdirmək lazım deyil. Yanvarda Avropa Şurasında Dağlıq Qarabağ üzrə müzakirələr olacaq. Bu yaxınlarda ABŞ Konqresində “Dağlıq Qarabağ” adlı quruma maddi yardımın verilməməsi ilə bağlı qərar qəbul edildi. Ona görə də Amerika və Smith ayrı-ayrı məsələlərdir. Təəssüf ki, həmin Chris-in, həmin konqresmenin hərəkəti erməni lobbisinin, antiazərbaycan qüvvələrinin dəstəyilə həyata keçirilib. Jagland-ın addımı da heç başadüşülən deyil. Azərbaycan prezidentinin bu cür insanların təzyiqi altında addım atması mümkün deyil. Bu gün bu əfv sərəncamı Azərbaycan maraqlarına tam şəkildə uyğundur.

– Azərbaycan siyasi hakimiyyəti həmin sanksiyaların qəbul ediləcəyinə inanmır?

– Onu daha çox ABŞ Konqresindən soruşmaq lazımdır. Son zamanlar Konqresə erməni lobbisinin adamları tez-tez gəlməyə başlayıblar. Mən çox təəssüflənirəm ki, mətbu orqanlar, o cümlədən siz, belə şeyləri - erməni lobbisinin quraşdırdığı sənədləri böyük dövlətin sənədləri, fikirləri kimi təqdim edirsiz. Helsinki Komissiyasının bir üzvü bir qanun layihəsi təqdim edib. ABŞ maraqlarına uyğun olmayan, Azərbaycanı təhqir edən layihə təqdim edib, bununla da iki ölkənin münasibətlərinə problem yaratmağa cəhd göstərib. Cəhd göstərib. Ancaq biz o qədər də sadəlövh deyilik, bunun altında kimlər, nələr dayandığını gözəl anlayırıq.

– Christopher Smith-in təqdim etdiyi layihə Konqresdən keçərsə, yenə də onu bir nəfərin qərarı kimi qəbul edəcəksiniz?

– Mən inanmıram qanun layihəsinin qəbul edilməsinə. Ancaq yenə də deyirəm, təəssüf ki, Amerika Konqresində erməni və antiazərbaycan qüvvələri tez-tez görməyə başlayırıq.

Rauf Mirqədirov 6 il azadlıqdan məhrum edildi
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG