Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:00

Dağlıq Qarabağ məsələsi AŞPA-da cümə günü müzakirə olunacaq


Səməd Seyidov

Səməd Seyidov

“Dağlıq Qarabağ məsələsinin AŞPA-da müzakirəsi cümə günü olacaq”.

Bunu aprelin 19-da AzadlıqRadiosuna Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Bundan əvvəl məsələnin təxirə salınması barədə məlumat yayılmışdı.

Səməd Seyidov AzadlıqRadiosunun sualına cavab olaraq deyib ki, məsələ təxirə salınıb, amma 4-cü günədək.

Buna səbəbsə tərcümə məsələsi ilə bağlı problem, Ermənistan nümayəndə heyətində rus dilinə tərcümənin olmaması olub: ”Onlar bunu çox istəyirdilər, amma biz etiraz eləmirik, bizim üçünsə heç bir fərqi yoxdur nə vaxt müzakirə olunacaq.Buməsələ müzakirə olunub, olunur və bundan sonra da müzakirə olunacaq. 4-cü gün səhər tezdən”, deyə Səməd Seyidov vurğulayıb.

Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisi də təyin edilib.

Qərar Monitorinq Komitəsinin aprelin 19-da keçirilən iclasında qərar qəbul edilib.

Qərara əsasən, rumıniyalı deputat Sezar Florin Preda Azərbaycan üzre yeni həmməruzəçi təyin olunub.

O, bu vəzifədə ispaniyalı deputat Aqustin Kondeni əvəz edib.

Qeyd edək ki, Monitorinq Komitəsinin Azərbaycan üzrə digər həmməruzəçisi isə avstriyalı deputat Stefan Şennakdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG