Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:21

Sam Allardyce İngiltərə yığmasından qovulmasına münasibət bildirib


Sam Allardyce

Sam Allardyce

İngiltərənin futbol üzrə yığma komandasının keçmiş məşqçisi Sam Allardyce komanda ilə müqaviləsinin dayandırılmasından sonra bəyanat verib. Qeyd edək ki, Allardyce bu vəzifədə cəmi 67 gün çalışıb.

«Bu yaxınlarda baş vermiş hadisələrə görə əməkdaşlığımızı dayandırmaq qərarına gəldik. İyulda yığmaya başçılıq etmək mənə böyük şərəf idi. Baş verənlər məni çox təəssüfləndirir. Bu gün mən Gregor Clark və Martin Glenn-lə görüşdüm. Onlara səmimi üzüntümü bildirdim. Etiraf edirəm ki, ehtiyatsız bəyanatlar vermişəm. İfadələrimin kiməsə zərər verə biləcəyindən təəssüflənirəm», - Allardyce-ın bu sözləri İngiltərə futbol assosiasiyasının rəsmi saytında dərc edilib.

Vətənində «Big Sam» kimi tanınan mütəxəssisin korrupsiya əməlini «The Telegraph» nəşri ifşa edib. Jurnalistlər özlərini biznesmen kimi təqdim edərək, baş məşqçi ilə görüşüblər. Danışıqlar zamanı Allardyce 400 min funt müqabilində «iş adamlarının» ingilis klublarının transfer sövdələşmələrindən gəlir götürməsinə yardıma söz verib. Bundan başqa, baş məşqçi futbol assosiasiyasının Londonun «Wembley» stadionunun yenidən qurulması ilə bağlı qərarını tənqid edib. O, həm də özündən öncə bu postu tutmuş Roy Hodgson-un ünvanına xoşagəlməz ifadələr işlədib.

İngiltərə yığmasını 2018-ci ilin Dünya Çempionatına Gareth Southgate hazırlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG