Keçid linkləri

2024, 12 May, bazar, Bakı vaxtı 21:36

İlham Əliyev "kral"ı işdən çıxardı


Tahir Kərimov
Tahir Kərimov

►Prezident İlham Əliyev Salyanın qalmaqallı icra başçısı Tahir Kərimovu vəzifəsindən azad edib.

Prezidentin saytı xəbər verir ki, İlham Əliyevin martın 4-də imzaladığı sərəncamla Sevindik Hətəmov Yardımlının icra başçısı vəzifəsindən azad edilərək Salyan rayonuna təyin olunub.

Salyan rayonunun sabiq icra başçısı bir müddət əvvəl gül paradı ilə gündəmə gəlmişdi.

Ölkə KİV-lərində yayılan fotolardan görünürdü ki, Tahir Kərimov məktəblilərin tutduğu qızılgüllərin altından keçir.

Hətta o vaxt sosial şəbəkələrdə bunu şəxsiyyətə pərəstişin böyük nümunəsi kimi də dəyərləndirmişdilər. Onu kral və sultanlarla müqayisə etmişdilər. Ancaq Salyan rayon icra hakimiyyəti belə iddiaları təkzib etmişdi. O vaxt İcra hakimiyyətindən bildirilirdi:

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Həmin foto 9 may 2014-cü ildə Salyan şəhərində Gül bayramı ilə bağlı keçirilmiş tədbir zamanı çəkilib. 10 may Gül bayramı ilə əlaqədar Salyan rayonunun təhsil müəssisələrinin hazırladıqları tədbir zamanı oraya gələn bütün şəxslər, bu gül çələnginin altından keçib sərginin keçirildiyi məkana daxil olublar. Fotodan da görünür ki, Tahir müəllimin yanında hüquq mühafizə orqanlarının rəhbərləri də var”

Prezident bir gün əvvəl isə Cəbrayıl və Laçın rayon İcra Hakimiyyəti başçılarını işdən azad etmişdi.

ANS televiziyasının reportajında hadisənin şərhi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG