Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:09

Salam, Avropa Şurası!!! (Bir Selfie-nin tarixçəsi)


-
Mayın 14-də Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlayıb. Bu hadisə ilə bağlı insan haqları təşkilatları növbəti dəfə Azərbaycanda siyasi məhbus problemini gündəmə gətiriblər.

Avropa rəsmiləri Azərbaycan hakimiyyətini dəfələrlə beynəlxalq qurumalar qarşısındakı insan haqları ilə bağlı öhdəliklərə riayyyət etməyə dəvət ediblər.

Nüfuzlu insan haqları təşkilatları Azərbaycanı sərbəst toplaşmaq azadlığının pozulması, tənqidi mediayaya qarşı təzyiqlər, vətəndaş cəmiyyəti fəallarının təqib olunması və insanların siyasi mənsubiyyətinə görə həbslərinə görə tənqid ediblər.

Azərbaycan bu tənqidlərə cavab verir ki, Avropa qurumları əvvəl “siyasi məhbus” anlayışını dəqiqləşdirməli, sonra tənqid etməlidirlər. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda siyasi məhbus yoxdur.

Lakin hüquq müdafiəçilərinin məlumatlarına əsasən Azərbaycanda 140-a yaxın siyasi məhbus var.

Hazırda həbsxanada olan jurnalistlər, gənc fəallar və müxalifət siyasətçilərindən xəyalən yaratdığımız “selfie” fotosundan onlar Avropaya salam göndərirlər. (Onların mesajını oxumaq üçün səkili tıklamakla böyüt)
XS
SM
MD
LG