Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:30

'Azadlıq' qəzetinin indi də etibarnamə problemi çıxıb


Azadlıq qəzeti
Azadlıq qəzeti

“Beynəlxalq Bank 5 ildən çoxdur qüvvədə olan, istifadə edilən etibarnamənin indi mütləq notariusda təsdiq edilməli olduğunu bildirir. Bu tələbə görə, “Azadlıq” qəzeti redaksiyasının maliyyə əməliyyatları aparması, nəşriyyata vəsait ödəyib çapını bərpa etməsi mümkün olmur”.

Sentyabrın 6-dan çapını dayandırmaq zorunda qalan “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev belə deyib.

O, qəzetin çapını bərpa etməyin, hələ də, mümkün olmadığını təəssüflə vurğulayıb.

R.Hacıyev “Azadlıq” qəzetinin nəşrini bərpa edə bilməməsinin səbəbini bankın tələbləri ilə izah edib.

Buna da bax:​ “Azad olmayan Azərbaycanın” son azadlıqları da tükənir

“Əvvəl imza nümunəsi məsələsini bəhanə gətirirdilər, həll etdik. Beynəlxalq Bank indi də maliyyə əməliyyatları üçün baş redaktor Qənimət Zahidin mənə verdiyi etibarnamənin notarial qaydada təsdiqlənməsini istəyir..."

“Əvvəl imza nümunəsi məsələsini bəhanə gətirirdilər, həll etdik. Beynəlxalq Bank indi də maliyyə əməliyyatları üçün baş redaktor Qənimət Zahidin mənə verdiyi etibarnamənin notarial qaydada təsdiqlənməsini istəyir. Qənimət Zahid 2011-ci ildən Fransada yaşayır. O, səlahiyyətlərinin icrası üçün mənə etibarnamə verib. Həmin hüquqi sənəd əsasında mən baş redaktor əvəzi sayılıram. Etibarnamə ilə redaksiyanı bütün rəsmi orqanlarda, o cümlədən məhkəmələrdə mən təmsil edirəm. Ancaq indi Beynəlxalq Bank 5 ildən çoxdur qüvvədə olan həmin etibarnamənin mütləq notariusda təsdiq edilməli olduğunu bildirir”, deyən R.Hacıyev bu tələbi də həll etməyə çalışdıqlarını bildirib.

Avqustun 20-də “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli həbs edilib. Bunun ardınca, redaksiyanın bank əməliyyatı aparması mümkün olmayıb.

“Azərbaycan” nəşriyyatı isə bundan əvvəl sentyabrın 5-də redaksiyanın borcunu əsas gətirərək “Azadlıq”ın çapından imtina etmişdi.

Buna da bax:​ 'Azadlıq' qəzetinin kağız versiyası bərpa olunmayıb

Avqustun 20-də “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli həbs edilib. Bunun ardınca, redaksiyanın bank əməliyyatı aparması mümkün olmayıb.

Mili Şuranın sentyabrın 17-də keçirilən mitinqdə qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev aksiya iştirakçılarına xitab edərək “gələn ikinci gün (sentyabrın 20-si) “Azadlıq”ı almağı unutmayın” müraciəti etmişdi. Onda qəzetin maliyyə problemini müvəqqəti də olsa çözdüyü qeyd edilmişdi.

Sonra isə Azərbaycan Beynəlxalq Bankı ilə qeyd edilən problem yaşanıb.

Rahim Haciyevin Beynəlxalq Bankı haqda dediklərinə, həmin qurumdan, hələlik, münasibət almaq mümkün olmayıb.

“Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının “Hizmet” Hərəkatının imamı kimi təqdim edir.

Buna da bax:​ ‘Azadlıq’ın redaktoru da prokurorluqda ifadə verib

AXCP isə onun həbsini siyasi sifariş sayır.

«Azadlıq» qəzeti 1989-cu il dekabrın 24-dən çap olunurdu.

Türkiyə hökuməti Fethullah Gülen-i iyulun 15-i ölkələrində baş verən dövlət çevrilişi cəhdini himayə etməkdə günahlandırır. Ancaq hazırda ABŞ-da yaşayan ilahiyyatçı F.Gülen ittihamları qəbul etmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG