Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:24

Sarkisian: "Ermənistan əldə olunmuş razılaşmaları yerinə yetirməyə hazırdır"


Vladimir Putin və Serzh Sarkisian
Vladimir Putin və Serzh Sarkisian

Avqustun 10-da Kremldə Rusiya və Ermənistan prezidentlərinin görüşü olub.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub.

Sarkisian ölkəsinin münaqişənin həllində əldə olunmuş razılaşmaları yerinə yetirməyə hazır olduğunu deyib.

O, münaqişənin həllindəki müsbət roluna görə Rusiyaya təşəkkür bildirib : “Vladimir Vladimiroviç, Rusiya tərəfinin Dağlıq Qarabağ münaqişəsinin siyasi və diplomatik yolla həllində göstərdiyi səylərə görə sizə şəxsən təşəkkürümü bildirmək istəyirəm. Və əlbətdə burda əldə olunmuş razılaşmaların yerinə yetirilməsi vacibdir. Biz buna hazırıq”, deyə o bildirib.

Öz növbəsində Vladimir Putin Ermənistanın Cənubi Qafqazda Rusiyanın strateji tərəfdaşı olduğunu deyib.

O həmçinin Avrasiya iqtisadi birliyinə qoşulduqdan sonra Ermənistanda daxili məhsulun 10 faiz artmasına görə Sarkisianı təbrik edib.

Sarikisiansa bu ilin 6 ayı ərzində iki ölkə arasında ticarət dövrüyyəsinin 12 faiz artığını deyib və bunun ölkənin Avrasiya birliyinə qoşulması ilə bağlı olduğunu deyib.

O həmçinin iki ölkə arasında elə bir ciddi problem olmadığını bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG