Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:16

Qəbul imtahanı pullu olacaq


©Shutterstock
©Shutterstock

-

Tarif Şurası iki ay ərzində test üsulu ilə qəbul imtahanlarında iştirakda ödənişin məbləğini müəyyənləşdirməlidir.

Prezident İlham Əliyevin “Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” fərmana avqustun 10-da etdiyi dəyişikliklərdə belə nəzərdə tutulur.

Fərmanda Tarif Şurasına bununla bağlı səlahiyyətin verilməsi nəzərdə tutulur.

Fərmana əsasən, Tarif Şurası iki ay ərzində test imtahanında iştirakda ödənişin məbləğini müəyyənləşdirməlidir.

Ötən ay Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə demişdi ki, dövlət qulluğu, buraxılış imtahanları, attestasiya pulsuz, qalan imtahanlar pullu olmalıdır.

“İmtahanların keçirilməsi üçün hər bir şəxsə görə, çəkilən xərc bizə dövlət büdcəsindən verilir. İndi isə verilməyəcək, hər bir şəxs pulu özü ödəyəcək”, - deyən şura sədri bildirmişdi ki, dövlət imtahanlarda bir şəxsə 25 manat və daha çox pul xərcləyirlər.

M.Abbaszadənin bu açıqlamasını ekspertlər narazılıqla qarşılamışdılar.

Ekspertlər qeyd edirdilər ki, ali məktəblərə qəbul imtahanlarının pullu sistemə keçirilməsi Konstitusiyaya ziddir. İmtahanların pullu olması dövlətin Konstitusiya ilə müəyyən edilmiş sosial funksiyaları ilə üst-üstə düşmür.

Buna da bax: Qəbul imtahanında fırıldaq edən abituriyentlər belə ilişdilər

Qəbul imtahanında fırıldaq edən abituriyentlər belə ilişdilər
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG